Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Bakmiltv.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.
Qeyd edək ki, Milli Məclisin III, VI, V, VI və VII çağırış deputatı olan Sabir Hacıyevin bu gün 70 yaşı tamam olur. Onun 2002-ci ildən rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyası 2023-cü ilin mayında özünü buraxıb.
Hiç yorum yok:
Yorum Gönder