Peşəkar nevroloq dr. Xəyalə Tahirovanın doğum günüdür.Təbrik edirik




  Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.

 Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq,  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.
   
Tibb sahəsində xüsusi xidmətləri olmiş, insanların  sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə  onu tanıyanların  hər   birinin rəğbətini qazanmış peşəkar, təcrübəli, işini vicdanlı yerinə yetirən, dürüst, vətənpərvər,  daimi insanların  (hərbi qulluqçuların) yaddaşnda qalan  gözəl xanım və əlləri qızıl olan həkim -  ehtiyatda olan tibb xidməti   baş leytenatı Xəyalə Natiq qızı Tahirovanın  oktyabr ayının 23 -də dünyaya göz acdığı gündür.  

Daim həyatın  imtanlardan alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan tibb xidməti baş- leytenatı  Xəyala Tahirovanı  belə bir əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları,əzizləri,yaxınları, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömur,həyat yollarında uğurlar arzu edib deyirlər, Xəyalə həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
   
Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin  dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan -ehtiyatda olan  tibb xidməti baş -leytenantı Tahirova (İsmayılova) Xəyalə Namiq qızı 1977-ci ilin oktyabr  ayının 23 -də   Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
 Həyatda insan taleyi ilə bağlı olan  bütün işlərin məsuliyyətini dərindən dərk edən Xəyalə xanım 1991 -ci ildə Bakı şəhərində 53 nömrəli orta məktəbin 7-ci sinifi,1994-ci ildə 246 nömrəli orta məktəbin 10 - cu sinifni, 2002 -cü illdə  Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsini,2003-ci ildə isə Uşaq Nevroıoji Xəstəxanasının İnternaturasını  bitrib.  
Əhatəsində  olan insanların və iş yoldaşlarının  hörmətini qazanan, dostları və yaxınları ilə isti münasibətdə olan Xəyala Tahirova 2005 - 2011-ci illərdə   Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının Nərimanov  rayonunda yerləşən hərbi hospitalında və Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsinin hərbi həkim komissiyasında  nevrapatoloq  həkim  vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir. 
2011-ci illin dekabr ayından 2014-cü ilin may ayına kimi Loğman klinikasında nevroloq,2014-ci illin may ayından 2016-cı illin mart ayına kimi Dövlət Təhlükəsizlik   Xidmətinin hospitalında nevrapatoloq  vəzifələrində işləyib,2017-ci ildən indiyə kimi,Caspian lnternational Hospitalında  nevroloq vəzfəsində  calışır.
Xəyalə həkim 2008-ci ildə  Sava CONSULT “Teambuiledinq”,2010- və 2011-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət  Həkimlərin Təhkimlləşdirmə İnstitutunun  Nevrologiya kafedrasında,2017 -ci ildə və ondan sonrakı illərdə  isə dəfələrlə həkim nevroloq üzrə, Almaniya Federativ Respublikasının və Türkiyə Cümhuriyyətinin hospitalında ümümü təkmilləşmə kurslarında olub,bir sıra  seminar və konfranslarda fəal iştirak edib. Xəyalə xanım tbb sahəsində bir çox məqalələrin müəllifidir.
Xəyalə həkimin hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit (peşəkar həkim) kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
 Yüksək peşəkarlığı,səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri seçilən, mehriban və qayğıkeş  Xəyalə həkim,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi  nizamnamələrin, daxili qoşunların hərbi hospitalı  haqqında təlimatın  tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara və həkimlərə daimi şəxsi nümunə olmuşdur. 
Hippaokrat andı icən Xəyalə həkim    o, anda  həmişə  sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycanın tibb sahəsində sayagəlməz uğurları ilə şöhrət qazanan, vətənpərvər, cəfakeş insan təcrübəli və zəhmətkeş   Xəyalə həkimin Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Öz vəzifə borclarını  yerinə yetirərkən xüsusi fəriqləndiyinə  və digər xidmətlərinə görə, ehtiyatda olan  tibb xidməti baş- leytenantı Xəyalə Tahirova  Daxili İşlər Nazirin,   Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Daxili Qoşunların və Dövlət Təhlükəsizliyinin hospital rəislərinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı  və yubiley  döş  nişanları ilə təltif olunub ,bir cox fərmanlarla, diplomlarla,qiymətli hədiyyələrlə, (pul mükafatı ilə)      mükafatlandırıb , ona təşəkkür elan olunub  və “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN XƏYALƏ HƏKİM !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı
Polkovnik
  Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages