Paşinyan: "Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər"



Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) nümayəndələrinə Sünikdəki (Zəngəzur - red.) yola yalnız monitorinq funksiyası verilə bilər.

Bakmiltv.info-nın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanı birləşdirərək" konfransında bildirib.

O, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndini sitat gətirərək, "nəqliyyat əlaqələrinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti orqanları həyata keçirir" cümləsinə diqqət çəkib.

Daha əvvəl Rusiyanın baş nazirinin müavini və üçtərəfli işçi qrupunun Rusiya tərəfindən həmsədri Aleksey Overçuk bildirmişdi ki, Rusiya həmişə Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq kömək etməyə hazırdır. Overçuk, həmçinin, qeyd edib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Hiç yorum yok:

Yorum Gönder

Pages