Bu gün ( 5 oktyabr ) müəllimlərin peşə bayramıdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur .
Müəllimlər Günü münasibətilə bütün müəllimləri böyük səmimiyyətlə sonsuz hörmət və məhəbbətlə təbrik edirəm, şəxsi həyatlarında möhkəm cansağlığı və müqəddəs peşələrin də isə yeni- yeni uğurlar arzulayıram.Arzu edirəm ki, Tanrı onların daxili əzəmətdən və mənəvi ucalıqdan hec vaxt məhrum etməsin.
Torpaqlarımızın azad olunması yolunda sucaət göstərən Şahidlik zirvəsinə ucalan müəllimlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Müəllimlər günü bayramnız mübarək olsun əziz müəllimlər!
Hiç yorum yok:
Yorum Gönder