Naxçıvanda bu il 567 boşanma, 1178 nikaha daxilolma qeydə alınıb



Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb. Nazirliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, cari ilin həmin dövrü ərzində isə 567 boşanma və 1178 nikaha daxilolma halları qeydə alınıb.Statistikaya əsasan qadınların daha çox 26-35 yaş, kişilərin 36-45 yaş aralığında boşanma üçün müraciət etdikləri müşahidə olunur. Nikaha daxil olmaq üçün isə qadınlar 18-25, kişilər daha çox 26-35 yaş aralığında müraciət edirlər.

Hiç yorum yok:

Yorum Gönder

Pages