Məsud Özil “Qarabağ”ın qonağı olacaq



Əfsanəvi futbolçu Məsud Özil “Qarabağ” klubunun qonağı olacaq.

Bakmiltv.info xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Feysbuk hesabında paylaşım edilib.

“Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək. Bu maraqlı şounu qaçırmayın! Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir. Giriş sərbəstdir! Bütün futbolsevərləri stadionumuza dəvət edirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, şou 11 oktyabr, saat 16:30-da “Azərsun Arena” stadionunda baş tutacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages