Mənəvi zərərə görə hansı hallarda konpensasiya tələb oluna bilər?




Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 


Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilə?
Mənəvi zərər, haqsız bir hərəkət və ya hərəkətsizlik nəticəsində şəxsin mənəvi varlığında məruz qaldığı zərərləri ifadə edir. Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.
Qeyd etmək lazımdır ki, məhkəmə praktikasında daha çox insanların şərəf və ləyaqətinin və ya işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı mübahisələr olur və bu mübahisələr nəticəsində həmin şəxslər mənəvi əvəzinin ödənilməsini tələb edirlər: "Bundan əlavə, həkim səhvi nəticəsində şəxs öz sağlamlığını itirirsə və ya yaxın qohumunu itirirsə, mənəvi iztirab və sarsıntı keçirir. Bunun əvəzində o məhkəməyə müraciət edərək dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Eyni zamanda şəxs bəraət alırsa, qanunsuz həbsdə saxlanılmasına görə məhkəmələrdə iddia qaldırır. Bu kimi hallarda mənəvi zərərin əvəzi olaraq kompensasiya təyin olunur".
"Amma müəyyən işlər ola bilər ki, məsələn, hansısa müqavilə bağlanır, müqavilənin nəticəsində şəxs iddia edir ki, mənə mənəvi zərər dəyib. Burada bəzən elə olur ki, məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul etmir, iddianı rədd edir və göstərir ki, şəxs mənəvi zərəri sübut edə bilməyib. Çünki qanunvericilik tələb edir ki, şəxs ona dəymiş mənəvi zərəri sübut etməlidir ki, həqiqətən də o bu və ya digər qanunsuz hərəkət nəticəsində onda mənfi dəyişikliklər baş verib, mənəvi əzab çəkib. Amma müəyyən hallar var ki, məsələn, şəxs bəraət alırsa, aydın olur ki, həmin şəxs 1 il ərzində qanunsuz olaraq həbsdə saxlanılıb. Bu onun həm daxilində mənfi reaksiyalara səbəb olub, həm iş yerindən məhrum olur, həm ailə münasibətlərindən məhrum olur, uzun müddət qapalı şəraitdə qalır. Təbii ki, belə olan halda kompensasiya ödənilməsi mütləq şərtdir".

Hiç yorum yok:

Yorum Gönder

Pages