Kültürel Azərbaycan dərgisinin redaktoru
(Eluca Atalının Türkiyənin Çinaraltı yayınevində 2024-cü ildə yayımlanmış
"İran zindanında" 2-cildlik kitabına rəy)
"Jurnalistlər, insan haqları və Yaxın Şərq siyasəti ilə məşğul olan mütəxəsislər üçün masaüstü kitab)
Eluca ATALI kimdir?
Eluca Atalı, 19 noyabr 1966-cı il tarixində Azərbaycanın Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulub. Azərbaycanın öndə gedən yazrarlarından biri olaraq qəbul edilən Atalı, ədəbiyyat dünyasında xüsusilə dərin psixoloji təhlilləri və sosial problemləri yazdığı əsərləri ilə tanınmaqdadır.
Atalı uşaqlıqdan ədəbiyyata olan bağlılığını fərq etmiş və gənc yaşlarından etibarən yazmağa başlamışdır. Təhsil aldığı illərdə də istəyinə sadiq qalıb özünü durmadan bu yolda inkişaf etdirmişdir. 1983-cü ildə orta məktəb təhsilini tamamladıqdan sonra Bakı Dövlət Universitetində filoloji sahədə təhsil almışdır. Universitet illəri boyunca ədəbi aləmin axınında olmuş və intelektual mühitdən təsirlənərək özünün xüsusi ədəbi tərzini yaratmış və inkişaf etdirmişdir.
Eluca Atalının əsərlərində insan psixologiyası, fərd və cəmiyyət münasibətləri, qadın haqları və sosial ədalət kimi mövzulara daha çox üstünlük verdiyi görünür. O, Azərbaycan toplumunun fərqli tərəflərini və bu tərəflərin yaşam mücadilələrini dərin bir anlayışla əsərlərində təsvir edə bilir.
O, romanları, hekayələri və əsərləri vasitəsilə cəmiyyətin düşüncə tərzini və insanların cəmiyyətlə əlaqəsini araşdırır.
Atalı eyni zamanda feminist bir yazar olaraq tanınır. Qadınların cəmiyyətdəki yerini və haqlarını müdafiə edən görüşləri əsərlərində möhkəm yer almışdır. Qadınların təhsil və iqtisadi azadlığı mövzusunda güclü mesajlar verən yazar, Azərbaycanda və dünya miqyasında qadın hərəkatına önəmli töhvə vermişdir.
Yazarlıq kariyerası ilə yanaşı Eluca Atalı çeşidli beynəlxalq mədəni və sosial projelərdə də aktiv olaraq rol almışdır.
Azərbaycan mədəni irsinin qorunub saxlanması və təbliği istiqamətində gördüyü işlərlə adından söz etdirən Atalı ədəbi fəaliyyətini təkcə Azərbaycanda deyil, beynəlxalq platformalarda da davam etdirir.
Eluca Atalı yazarlıq kariyerası boyunca bir çox ödül və təltiflərə layiq görülmüşdür. Azərbaycanın ədəbi və mədəni həyatına verdiyi töhvələr onu ölkəsinin sayğı bəslənən isimlərindən biri halına gətirmişdir.
Ədəbiyyat fərdin və toplumun yaşadığı zorluqları, acıları və müqavimətini ən güclü şəkildə dilə gətirən sənətlərdən biridir. Eluca Atalının "İran zindanında" adlı əsəri, bu baxımdan, ədəbi bir əsər olmaqla yanaşı, İran rejiminin basqısı altında yaşayan Azərbaycan türklərinin mücadiləsini və məruz qaldıqları zülmü dərin bir gerçəkliklə çatdırır. Bu roman həm bir insanlıq dramı, həm də kollektiv bir müqaviməti canlandıran heyratamiz əsərdir.
Eluca Atalının "İran Zindanında" əsəri İrandakı inqilab və ondan sonra sosial və siyasi dəyişiklikləri təsvir edən dörd kitabdan ibarət bir seriyadır. Bu əsər inqilab zamanında və ondan sonra yaşanan hadisələri, xüsusən də qadınların bu dövrdəki rolunu və qarşılaşdıqları zorluqları dərindən araşdırmışdır. Atalı bu roman seriyasında İranın qatışıq siyası strukturunu və sosial dinamikliyini ustalıqla işləmişdir.
"İran zindanında" zülümkar rejimlərin insan ruhunda yaratdığı dərin yaraları və azadlıq üçün verilən mücadilələri mövzu edir. Romanın mərkəzində İrandakı Azərbaycan türklərinin mədəni və siyasi zülümlər qarısında verdikləri mövcudluqlarını sübut etmək mücadiləsi yer alır. Bu zindanlar sadəcə fiziksal deyil, eyni zamanda ruhsal bir həbsxananı da təmsil edir. Yazar, insanların azadlıq arzusunu və bu yolda çətinlikləri, acıları sosial kontekstən nəzərdən keçirərək oxucuya emosional və intelektual dərinlik təqdim edir.
Əsərin ana mövzuları arasında inqilab, azadlıq mücadiləsi, qadın haqları və insan haqları pozuntuları yer alır. Atalı inqilab zamanında yaşanan travmaları və bu travmaların fərdlər üzərindəki təsirini incəliklərinə qədər təsvir edir. Xüsən də qadın qəhrəmanların yaşadığı zorluqlar və mücadilələr əsərin mərkəzində yer alır.
Bu kontekstdə Atalının əsəri feminist bir baxış bucağından da dəyərləndirilə bilər. Əsərdəki xarakterlər, İran cəmiyyətinin fərqli tərəflərindən gələn şəxsləri təmsil edir. Hər bir xarakter inqilab zamanında və sonrasında fərqli təcrübələr yaşayır və bu təcrübələr əsərin ana mövzusunda birləşir. Qadın xarakterləri, xüsusilə diqqət çəkəndir. Onların yaşadıqları çətinliklər və verdikləri mücadilələr əsərin duyğusal dərinliyini artırır.
Eluca Atalının dili və anlatma tərzi əsərin təsirini artıran ünsürlərdən biridir. Atalı sadə və axıcı bir dildən istifadə edərək oxucunun diqqətini çəkir.
Onun hekayətlərindəki təfərrüatlar və təsvirlər oxucunun hadisələri və xarakterləri daha yaxşı anlamasına xidmət edir. Ayrıca, Atalının dilindəki yüksək emosionallıq əsərin təsirini artırır.
Eluca Atalı əsərdəki xarakterlərin iç dünyalarını ustalıqla işləyərkən eyni zamanda zamanın siyasi atmosferini də ustalıqla təsvir edir. Atalının dili sadə, amma bir o qədər də təsirlidir. Onun qələmi zülmün kölgəsində qalan insanların çarəsizliyini və bununla belə yenə də yolundan çəkinməyən müqavimət ruhunu güclü bir şəkildə əks etdirir. Anlatmanın dərinliyi oxucunu hadisələrin içinə çəkərkən ədəbi zənginlik də əsərin dəyərini artırır.
Eluca Atalının "İran zindanında" adlı əsəri, sadəcə, İrandakı Azərbaycan türklərinin deyil, dünyanın müxtəlif tərəflərində yaşayan türk toplumlarının da yaşadığı bənzər sıxıntılara işıq tutur. Türk dünyasının ədəbi yaddaşına mühim töhfə verən bu əsər, milli kimlik və azadlıq mücadiləsinin simbolu olaraq dəyərləndirilə bilər. Roman oxucunu həm tarixi şüura, həm də insanlıq uğrunda mübarizəyə dəvət edir.
"İran zindanında", günümüzdə hələ bir çox insanın məruz qaldığı basqıların, azadlıq üçün verilən mücadilənin və zülmə qarşı müqavimətin simbolik bir şərhidir. Eluca Atalı bu əsərində insan ruhunun ən qaranlıq anlarda belə ümüd və möhkəmlik tapa biləcəyini göstərməkdədir. Türk oxucular üçün bu əsər həm bir tarixi yaddaşdır, həm də bir müqavimətin manifestidir.
Əsəs olaraq, "İran zindanında" qeyri-insani şərtlərə baxmayaraq, ümid və inamın gücünü anlamağa kömək edən düşündürücü bir oxu materialıdır. Atalının cəsur ifadələri, İrandakı insan haqları pozuntularını ortaya çıxarır və dünyanın diqqətini bu önəmli mövzuya çəkir.
Eluca Atalının bu əsəri İrandakı inqilab və sonrasındakı sosial və siyasi dəyişiklikləri dərindən işlənilib nəzərə çatdırılan önəmli bir əsərdir. Atalı, bu əsərində inqilab dövrü yaşanan travmaları, qadınların qarşılaşdığı zorluqları və azadlıq mücadiləsini təsirli bir şəkildə işləyib. Əsərin əsas mövzuları, xarakterləri və anlatım tərzi oxucunu dərindən təsirləndirir və düşündürür. Bu baxımdan, "İran zindanında" seriyası, sadəcə, İran tarixi və cəmiyyəti haqqında bilgi almaq istəyənlər üçün deyil, eyni zamanda insan haqları mövzusunda da fərqlilik yaratmaq istəyənlər üçün önəmli bir qaynaqdır. Jurnalistlər, insan haqları və Yaxın Şərq siyasəti ilə bağlı hər kəs üçün son dərəcə tövsiyə edilən bir kitabdır.
Dr. Həmid Şehanegi
Hiç yorum yok:
Yorum Gönder