KƏLAĞAYI FESTİVALI DAVAM EDİR




     19 oktyabr 2024- cü ildən Xətai Sənət Mərkəzində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı tədbir və  sərgi keçirilir və  20, 21və 22 oktyabr tarixlərində 11:00- dan 19:00 - qədər davam edəcək.
     Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rəsm Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ”Sazlı, Sözlu Kəlagayı Günləri'' layihəsi çərçivəsində “Kəlagayı yasıl dünyaya töhfədir” adlı tədbir və sərgi yüksək səviyyədə davam edir. 
     Tədbir başlamamışdan öncə Sənət Mərkəzinə gələn qonaqlar sərgi ilə tanış olurlar. Tədbir iştirakçıları qədimi və müasir kəlağayıları, kəlağayı üzərinə həkk olunmuş klassiklərin  portretlərini, rəssam Gülnarə Məmmədovanın kəlağayı və vətənprvərlik mövzusunda rəsm əsərlərini,  Sehran Allahverdinin ''Kəlağayı'' kompozisyiasını, Natiq Nəcəfovun  silsilə “Örpəkli qadın”  rəsmlərini, Güllü Eldar Tomarlınn yaşıl dünyanı əks etdirən əl işlərini maraqla izləyirlər.
   Tədbirin ilk günü, oktyabrın 19-da giriş sözü ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Çıxışında  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən söz açdı. Bu sahədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin, şəxsi “Kəlağayı Muzeyi”nin yorulmaz fəaliyyətini alqışladı. 
     Şəhidlərimiz anıldı, dövlət himni səsləndirdi.
     Mirvarid Dilbazi Poeziya Məclisinin İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlıya söz verildi.
     O, öz çıxışında 2024- cü ildə Azərbaycan Republikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində kəlağayımzın UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyidir. Bu münasibətlə yanvar ayından başlayaraq Azətbaycan əksər bölgələrində müxtəlif tədbirlər - festivallar, konsertlər təşkil edildiyini, ilk “Kəlağayı Festivalı”nın  Xətai Rayon İcra Hakimiyytinin dəstəyi ilə Heydər Əliyev  parkındakı möhtəşəm  amfiteatrda yüksək səviyyədə keçirildiyini və bu günə qədər də bölgələrimizdə, ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində  çoxlu sayda kəlağyımıza aid tədbirlərin davam etdiyini qeyd etdi. Bildirdi ki, bu günkü tədbirimiz ''Kəlağayı yaşıl dünyaya töhfədir'' adı ilə keçirilir. Çünki, ana təbiət və minillərin yadigarı kəlağayımız həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı təbiətin, mənəviyyatımızın, adət-ənənələrimizin ayrılmaz bir hissəsinə çevrilib.
     Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov milli mənəvi dəyərlırimizə aid olan tədbirlərin keçirilməsinin vacibliyindən danışdı. Analarımızın, nənələrimizin baş tacı olan  kəlağayımızı bu günkü və gələcək nəsillərə ötürülməyinin vacibliyini bildirdi.
     Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları Mehriban İsrafilova , Turan Cəfərova, Xətai Sənət Mərkəzinin təşkilatçısı Nəzakət Əvəzova kəlağayı haqqında xatirələrini danışdılar. 
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şuranın üzvləri - şəhid atası Meyvəddin Ramaldanov, Nizami Hüseynov  vətənpərvərlik mövzusunda çıxışları ilə qürur verdilər.
     Tədbirdə Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, gənc bıstəkar, müğənni Arif Mehmandost, gənc aşıq Nərmin Cəlal öz musiqiləri ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
     Yazıçı, araşdırmaçı Vaqif Osmanlı “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda geniş çıxış etdi. O, tut yarpağından qidalanan, sonra da özünə qapı, baca qoymadan barama adlı zərif ipək ev tikən ipəkqurdunun barı kəlağayıların min illərdən bəri Azərbaycan xanımlarının ismət, namus, abır, həya rəmzi, qadınların başının tacı olduğunu, həm də müalicəvi əhəmiyyət daşıdığını vurguladı. Daha sonra qeyd etdi ki, Vətənimiz yaşıllıq, meşə ehiyatları az olan ərazilərdəndir, Azərbaycanda adambaşına düşən yaşıllıq sahələri dünya ölkələrinin orta göstəricisindən dörd dəfə azdır. Yaşıllıq həyat mənbəyimizdir, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, yaş ağac kəsən baş kəsər. Atalarımız deyib ki, ağacı çox olan kəndin qəbri az olar. Almanlar meşələri “Yaşıl ciyər” adlandırırlar. Gəlin özümüzü, ciyərlərimizi gələcək nəsilləri qoruyaq. Yaşıllıq yaxşılıqdır, yaxşılığı qoruyaq. Hərə bir ağac əkərsə, Vətən gülüstana çevrilər.
     Qurama ustası Aybəniz Camalova əl işini, gənc rəssam Pərvanə “Kəlağayım” rəsm əsərini  muzeyə hədiyyə etdilər.
     Sonda Güllü Eldar Tomarlı Xətai Rayon İcra Hakimiyyətinə, Xətai Sənət Mərkəzinə, çəkiliş üçün Bakı Milli Televiziyası və Azərbycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin şöbə müdiri İlham Rəsulzadəyə, zəhməti keçən hər kəsə və  iştirakçılara təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages