İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2018-ci ildə Şəhid R. İmanov adına 205 saylı orta məktəbdə orta təhsil başa vurduqdan sonra Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin "Nəqliyat Daşımalarının Təşkili" ixtisasında natamam ali təhsili almışdı.
2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə çağırıldı. İbrahim öz təhsilini dondurub hərbiyə getdi. O, Füzulidə xidmət edirdi, minaaxtaran idi. 2020-ci ilin iyun ayında xidməti bitirdi. Müddətdən artıq hərbi xidmətdə qalaraq pulemyotçu əsgər olaraq işə başladı. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək ən uca Zirvə - Şəhidlik zivəsinə ucaldı. Noyabrın 12-də Bakı şəhərində Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Baki Mill Televiziyası (Bakmiltv.info) kolektivi
adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Hiç yorum yok:
Yorum Gönder