Bəzən görürsən ki, hər hansı bərbər, yaxud dülgər iki-üç günə ali təhsillinin bir aylıq əmək haqqı qədər pul qazanır. Bu tipli hallar cəmiyyətin gözü qarşısında baş verir. Əlbəttə ki, haqlı olaraq fikirlər formalaşır ki, bəs oxuyana niyə qiymətlə bərabər, pul da verilmir?
Maraqlıdır, belə bir mühitdə ali təhsil almaq nə qədər vacibdir? Yaxud lazımdırmı?
Mövzu ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov Bizim.Media-ya açıqlama verib. O, bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində ali təhsil bizdən fərqlidir:
“Peşə təhsili ümumi təhsilin bir hissəsidir. Amma peşə təhsilinə münasibət tarixən yaxşı olmayıb. Mən xaricdə çox görmüşəm ki, orta təhsili bitirən gənclərin böyük əksəriyyəti peşə təhsilinə doğru yönəlirlər. Çünki orada işlə təminat daha yaxşıdır. O mənada peşə təhsilini bütövlükdə təhsildən ayırmaq istəmirəm.
Ali təhsilə gəlincə, xaricdə qəbul imtahanları fərqli keçirilir. Sadəcə riyaziyyatdan və ingilis dilindən imtahan verirsən. Bundan əlavə, elmi və peşə yönümlü ali təhsil var. Dünyada buna belə baxılır. Yüksək səviyyəli ali məktəblərdə təhsil alan gənclərin hər biri onu dolandıracaq əməkhaqqı alacağını əvvəlcədən bilirlər.
Bizdə isə biliyindən, bacarığından asılı olmayaq hamı ali təhsil almaq istəyir.
Mən şəxsən bunu doğru yol hesab etmirəm. Hər halda biz gələcəkdə inkişaf etmək istəyiriksə, bu yolla getməliyik. Orta təhsil müddətində müəyyən olmalıdır ki, kimin ali təhsil almağa qabiliyyəti çatır, kimlər isə peşə yönümlü ali təhsil almaqla orada xoşbəxt ola bilər”.

Hiç yorum yok:
Yorum Gönder