Heç kişi də ermənidən qorxar?!" - Şəhidimizin SON SÖZLƏRİ



44 günlük Vətən müharibəsində könüllü iştirak edən və qanı ilə tarix yazan şəhidlərimizdən biri də kəşfiyyatçı, kapitan Elvin Ədalət oğlu Kazımovdur.

Bakmiltv.info Sonxeber.az-a istinadən xəbər verir ki, Elvin Kazımov 3 dekabr 1987-ci il tarixində anadan olub. O, hələ yeniyetməlik dövründə hərbçi olmaq arzusu ilə yaşayıb, bu məqsədlə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2010-cu ildə tam Ali təhsil aldıqdan sonra bir il Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunda oxuyub. Kapitan Elvin Kazımov leytenant rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə vətənə sədaqətlə xidmət edib.

Qeyd edək ki, təbiətcə sakit, təmkinli, gülərüz və mehribanlığı ilə seçilən kapitan Elvin Kazımov ailəli olub və onun Rəvan adlı 2 yaşlı oğlu var. Oğlu Rəvanı çox sevən ata onunla daha çox vaxt keçirmək üçün evə tələsirdi.

Elvin Kazımovun iki qardaşı da var. O, böyük qardaşı mayor Elçin Kazımovla birlikdə eyni istiqamətdə gedən döyüşlərdə bir-birilərindən xəbərsiz döyüşüb.

Kapitan Elvin Kazımov yaşadığı məhlədə belə, özünü tərbiyəli, qayğıkeş və səmimi insan kimi tanıdaraq hamının sevimlisinə çevrilib.

Elvin Kazımov 2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb.

2016-ci ildə Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı 2018-ci ildə qüsursuz xidmətlərinə görə medal ilə təltif olunub.

Kapitan Elvin Kazımov 06.10.2020-ci il tarixində Qarabağda erməni işğalçılarına qarşı həyata keçirilən antiterror əməliyyatlarında iştirak edib, Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək kəndi alıb və orada da şəhid olub.

Kapitan Elvin Kazımov döyüş yoldaşlarıni xilas etmək üçün öz canını fəda edib. Onun son sözləri isə "Əsgərlərimi çıxarın, mən hələ dözərəm" olub.

Kapitan döyüşdən qabaq əsgərlərinə müraciət edərək bu sözləri deyib:

"Ayə, heç kişi də ermənidən qorxarmı?! Biz bura ölməyə deyil, öldürməyə gəlmişik! Ölmək yoxdur, yalnız öldürmək var! Əgər şəhid olacağıqsa, düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq".

Hiç yorum yok:

Yorum Gönder

Pages