Eşit, deyim sənə dostun əsilliyin harda sına,
Gen günündə vurma üstün, girəvələ darda sına...
Dəmirçiyəm, sözüm arın. darda gördüm dostun karın.
Kimdi kimə berən varın, dostu etibarda sına.
(Dəmirçi Abbas)
Əziz dostum-qardaşım Hacı Həsənin aprel ayının 25-də 54 yaşı tamam olur. Hər yaş həmişə hesabatdır. Onun bütün tədbirlərində bilavasitə tərəf olduğumdan hamısı barədə məlumatım vardır. Bu il şəxsi zəmində keçən ildən bir qədər məhsuldar olub. Bu sözləri böyük məmnuniyyət hissi ilə yazıram. Çox sevinirəm ki, uzun zaman bizi narahat edən bəzi məişət problemlərindən Sosial Müdafiə Nazirliyi və Bakı İnzibati Məhkəməsinin birgə işi sayəsində azad ola bildik. Demək olar ki, hər il uğurlarımızla birgə mənzil probleminin öz həllini tapmağını da qeyd edirdik. Şükürlər olsun ki, Allahın ədaləti ilə bu məsələ də öz həllini tapdı. Inşəallah tezliklə Hacını özünün yeni və daha geniş-rahat mənzilində ziyarət edə biləcəyik.
Açığı bu məsələnin həlli elə bil çiyinlərimdən dağ qaldırdı. Elə ürəkdən sevinərək bu hadisəni qeyd edirəm ki, sanki, şəxsi uğurumdur. Allah bu yeni mənzili ona ürək şadlığı, firavanlıqla qismət eləsin.
Hamımız bilirik ki, Haci Həsən şəxsi problemləri ilə gündəmə gəlməyi sevməyən biridir. Əminəm ki, narazılıq edəcək. Qoy olsun, çoxdandi ürəyimdə qalan bu sevincimi onu sevənlərlə paylaşmaq istəyirəm.
Bu hamısı deyil. Keçən yaşdan bəri onun bir kitabı da işıq üzü görüb. Hamı bilir ki, Hacı Həsənin əzbərində nə qədər şeir var. Onun şeir bunkeri çoxdan dolub-daşıb. Bunların içində aşıq şeiri xüsusi yer tutur.
Hacı Həsən paralel olaraq bir neçə dəyərli Azərbaycan aşıq şeiri nümayəndələrinin yaradıcılığını araşdırırdı. Onlardan biri də Növrəs İmandır. Qəlbimizin kövrək teli olan Hövrəs İman barədə də nəfis, dəyərli bir əsər “Nakam aşiq” kitabı çapdan çıxdı. Bu gözəl əsər münasibətilə ona xüsusi bir minnətdarlıq düşür. Hacı, axarlı olsun. Təbrik edirəm. Bu uğurunda da bir zərrə iştirakım var deyə öyünürəm.
Daha iki kitabı bunkerdədi və tamamlama işləri gedir. Tezliklə çapı planlaşdırılmış bu kitablar da işıq üzü görəcək.
Məhsuldar bir ruhani-alim olaraq bu ilin xoşa gələn yeniliklərindən biri də budur ki, yenilikcə Hacı Həsən Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Bütün bunar onun fəaliyyətinin bir hissəsidir. Bu il bir ruhani olaraq onun fəaliyyəti daha da məhsuldar olub. Həm qazi, həm runahi kimi respublikanın bir çox rayonlarında və Bakının özündə çoxsaylı anım tədbirlərinin təşkili və iştirakı da bu qəbildəndir. Qeyd etmək istəyirəm ki, Vətən və vətəndaşlıq həmişəlik olaraq Hacı Həsənin yaradıcılığında əsas mövzu olaraq qalır. O, bu tədbirlərdə iştirak etdikcə dəyərli Vətən övladlarının fədakarlığı barədə epizodları yenidən toplayır və çapa hazırlanan kitaba əlavə edir. Heç kim, unudulmasın, heç nə yaddan çıxmasın deyə daha da diqqətli olmağa çalışır. Bu səbəbdən kitabın çapı ləngiyir.
Əziz Hacı Həsən! Bu dünya durduqca sən də yaşa. Çünki. dünyanın sənin kimilərinə çox böyük ehtiyacı var. Allah sənin ömrünü bərəkətli, məhsuldar eləsin. Xoşbəxtlik, səadət yol yoldaşın olsun. Sənə daha böyük uğurlaar diləyirəm.
Ad günün mübarək!
Dilbər Ağayeva
tarixçi, yazar
Hiç yorum yok:
Yorum Gönder