Bakmiltv.info xəbər verir ki, toplantı Güclü Gürcüstan Koalisiyasının ofisində baş tutub.
İclasa 5%-lik bariyeri keçmiş 4 koalisiyadan 3-ü qatılıb. Qatılmayan siyasi qüvvənin Qaxariya-Gürcüstan Naminə Bloku olduğu bildirilib.
Siyasi təşkilatların Gürcüstan hökumətinə müqavimətlə bağlı konsultasiyalar apardıqları bildirilib. Onların daha sonra prezidentlə iclasa qatılacaqları bildirilib. Müxalifətin bu görüşündən mitinq qərarının çıxıb-çıxmadığı bəlli deyil.
Sosial şəbəkələrdə müxalifətin aksiyalardan çəkinməsi ilə bağlı iddialar yayılıb. Bəzi Teleqram kanalları isə müxalifətin aksiyalara beynəlxalq ictimaiyyətin mövqeyini öyrənərək başlamaq istədiyini yazıblar.
Hiç yorum yok:
Yorum Gönder