General-mayor Yücel Karauz: "Fransa COP29-un təşkilinə mane olmağa hazırlaşır"



Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının "müşahidəçiləri" oktyabr ayında Azərbaycanla şərti sərhəddə fəallıqlarını artırıblar. Bu gün əraziyə gələn üç avtomobildən birində Fransa bayrağı görünməsi diqqət çəkib. Halbuki indiyə qədər müşahidəçilər yalnız Avropa İttifaqına məxsus nəqliyyat vasitələri ilə hərəkət edirdilər. Məlumata görə, həmin avtomobildə olan şəxslərin Fransa kəşfiyyatçıları olduğu iddia edilir.

Məsələni Bakmiltv.info-ya şərh edən Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib ki, bu addımlar şərti sərhəddə münaqişə yaratmaq məqsədi daşıyır:

"Fransanın öz kəşfiyyatçılarını və hərbi casuslarını Avropa missiyası çərçivəsində Zəngilan istiqamətinə göndərdiyi müəyyən edilib. Azərbaycan-Ermənistan sərhədinin hələ rəsmi müəyyənləşməmiş xəttində bu fəaliyyətlər təxribat xarakteri daşıyır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbəni həzm edə bilməyən Fransa xaos yaratmağa çalışır", - deyə general vurğulayıb.

Karauz əlavə edib ki, Fransanın rəhbərlik etdiyi bu qruplar Azərbaycanın ev sahibliyi edəcəyi COP29 İqlim Dəyişikliyi Konfransı öncəsi manipulyasiyalara hazırlaşır:

"Bu elementlər manipulyasiya yolu ilə şərti sərhəddə hər an münaqişə yarada bilər. Biz artıq beynəlxalq ictimaiyyəti və təşkilatları xəbərdar etmişik ki, şərti sərhəddəki təxribatlarla Azərbaycanı sülh istəməyən tərəf kimi göstərmək cəhdləri ilə qarşılaşa bilərik. Fransanın rəhbərlik etdiyi və digər ölkələrin kəşfiyyatçılarının da daxil olduğu Avropa Missiyasının məqsədi gələn ay Bakıda keçiriləcək COP29-a qədər sərhəddə gərginlik yaratmaqdır" ,- deyə Karauz bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages