Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur.

   
        Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur. 1999-2009-cu illərdə İmadəddin Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.
Fərid Adıgözəlov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətə davam etmişdir.
           Fərid Adıgözəlov 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.
          Azərbaycan Ordusunun əsgəri olan Fərid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Adıgözəlov 18 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı hərəkətdə olan tankın aşması nəticəsində aldığı xəsarətdən şəhid olmuşdur. Doğulduğu Naftalan şəhərində dəfn olunmuşdur.     
       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyiyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin icracı direktoru ilham Rəsulzadə 

Hiç yorum yok:

Yorum Gönder

Pages