"Ahıllar evi" Sakinləri, əməkdaşları və peşəkar aktyorların birgə əməkdaşlıq edərək "Bəxtiyar" filminin motivləri əsasında hazırladıqları tamaşa, insanın ruhuna toxunan unikal bir mədəni hadisə oldu. Tamaşanın hər bir səhnəsində yaşlı nəslin həyat təcrübəsi və aktyorların peşəkarlığı ahəngdar şəkildə birləşərək bütöv bir əsər yaratmışdı. Səmimi duyğularla dolu bu tamaşa, həyatın sadə, amma dərin mənalı anlarını ön plana çıxarmağı bacardı. Aparıcının qeyd etdiyi kimi, hər bir aktyor səhnə arxasında necə ifa etdiklərini soruşur və bu, tamaşanın arxasındakı dərin emosional bağlılığı, rollarına olan sadiqliyi açıq şəkildə göstərirdi. "Ahıllar evi" sakinlərinin səhnədəki çıxışları onların həyat enerjisinin gücünü bir daha nümayiş etdirdi və hər kəsə yaş fərqinə baxmayaraq, həqiqi xoşbəxtliyin hər zaman mövcud olduğunu xatırlatdı. Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə bu gözəl tədbiri təşkil etdikləri və dəvət üçün dərin təşəkkürümü bildirirəm.
İlham Rəsulzadə.
Hiç yorum yok:
Yorum Gönder