Elman Məmmədov Xocalının canlı tarixidir!




Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Camal oğlu Məmmədovu tanıtmağa ehtiyat yoxdur. Elman müəllim Xocalıda doğulub, böyüyüb. O, bir müddət məktəbdə müəllim, direktor, daha sonra isə Xocalı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Harda işləyibsə insanlarla mehriban davranıb.İmkanları daxilində əhaliyə dəstək olub.
Elman Məmmədov Xocalı Ərazi Özünümüdafiə Taborunun formalaşmasında müstəsna xidməti olan insandır. O, Taborun komandiri Tofiq Mirsiyab oğlu Hüseynovla birlikdə (Tofiq müəllim Xocalı soyqırımı zamanı şəhid olub.Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb) şəxsi heyətin problemlərinin həlli və şəhərin müdafiəsi naminə əllərindən gələni əsirgəməyib. Şəhər Sovetinin katibi, məlum soyqırım zamanı şəhid olmuş Şöhrət Həsənov, sonralar İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləmiş mərhum Göyüş Həsənov, mərhum Yavər Əzimov və digər şəxslər də Taborun formalaşması üçün əllərindən gələni əsirgəməyiblər. 
Elman müəllim Xocalı soyqırımının şahidlərindəndir. O, məlum soyqırım zamanı anası- el ağbirçəyi Məruzə xanımı və digər doğmalarını itirib.
2023-cü il sentyabrın 19-20-də Qarabağda aparılan lokal antiterror əməliyatları zamanı Xankəndi və Xocalı şəhərləri düşmən tapdağından azad edildi. Şəhidlərin qanı düşmən tərəfdən alındı. İndi Qarabağda, o cümlədən, Xocalıda quruculuq işləri aparılır. Biz,  Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və  Ordumuzun şəxsi heyətinə təşəkkür edirik.

Dəyərli Elman müəllim, oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü və Sizin doğum gününüzdür.Sizi ürəkdən təbrik edirik. Siz, Xocalının canlı tarixisiz!

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 18.10.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages