Bu gün aramızdan daha bir gözəl insan, qardaşımız, veteran tankistimizi uzun sürən ağır xəstəlikdən sonra itirdik.

 
Eminov Səfdər Simran oğlu, 1962- ci il sentyabrın 10-da Azərbaycan Respublikasının Yardımlı rayonunun Yolocaq kəndində anadan olub. 1969- cu ildə Yardımlı rayon Yolocaq orta məktəbinin birinci sinfinə daxil olub. 1981-83-cü illərdə Sovet Ordusu sıra- larında Gürcüstan Respublikasının Batumi, Axalkalaki, Ermənistanın Leninakan, Eçmiədzin şəhərlərində tank komandiri kimi xidmət edib. 1991-ci ilin noyabrın 11- də könüllü olaraq Azərbaycan Milli Ordusunda əsgər kimi xidmətə başlayıb. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə 1998-ci ilin fevralına qədər zabit kimi xidmətini davam etdirib.

İlk döyüşlərə 1992-ci ilin yanvarın 23-də Şuşadan başla- mış, Kosalar, Canhəsənli, Turşsu, Laçın, Şelli, Gülablı, Abdal, Pircamal, Aranzəmin, Ağdam, Güllücə və başqa yaşayış yerlərinin müdafiəsində iştirak etmişdir. II Qarabağ müharibəsinin iştirakçısı olub. Cəbhənin Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd istiqamətlərin- də döyüş tapşırığının yerinə yetirilməsində iştirak edib. "Casus ovu," "Sayrışan ulduzlar" əsərlərinin müəllifidir. "213-cü gün" müəllifin sayca 3-cü kitabıdır.
ALLAHdan qardaşımıza rəhmət, ailəsi və yaxınlarına səbir diləyirik.
Bakmiltv.info nun İcracı direktörü İlham Rəsulzadə 


Hiç yorum yok:

Yorum Gönder

Pages