Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
"Report" xəbər verir ki, hadisə Cəbrayıldan olan məcburi köçkünlər üçün inşa edilmiş binada baş verib.
Orada yaşayan Tərgül Rəsulova yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlif növ yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder