Bakının mərkəzində yol çökdü - Foto



Bakının Səbail rayonu ərazisində yol çöküb.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, hadisə Şeyx Şamil küçəsində, "İçərişəhər" metro stansiyasının yaxınlığında baş verib.

Yolun çökdüyü hissəyə xüsusi zolaq çəkilib. Artıq əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və əməkdaşları cəlb olunub, təmir işləri görülür.

Məlumata görə, gün ərzində yolun çökmüş hissəsi tam təmir olunacaq.

Ərazidən fotoları təqdim edirik:

Hiç yorum yok:

Yorum Gönder

Pages