Bakıda gənclər bir-birini bıçaqladı - YENİLƏNİB



Bakıda iki nəfər bir-birini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Bakmiltv.info-ya bildirib ki, hadisə oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib. 26 yaşlı Emil Kazımlının və 28 yaşlı Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.

02:34

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

Bakmiltv.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

    1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

    Hiç yorum yok:

    Yorum Gönder

    Pages