Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.



  Cəmil Səmədxan oğlu Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
          Həyatı - 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur.
          Döyüşlərdə iştirakı - Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı. 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

             Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
               Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan- Salyan regional muxbiri Mübariz Eldar oğlu

Hiç yorum yok:

Yorum Gönder

Pages