Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisəslərində də nəzarət tədbirləri həyata keçirilir.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
O bildirib ki, agentlik tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib:
"Proses 145 müəssisənin 107-ni əhatə edib. Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib".//apa
Hiç yorum yok:
Yorum Gönder