Azərbaycanda aktyorun başına oyun açdılar - Bələdiyyə fırıldağı



Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun başına iş gəlib. Aktyor dələduzluqla üzləşib.

Ölkə.az xəbər verir ki, bu barədə lent.az-a danışan Tahir İsmayılov bildirib ki, torpaq satın alsa da, nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir.

"İki qızım və bir oğlum var. Övladlarım ailə quranda evimi satıb torpaq sahəsi aldım ki, uşaqların hərəsinə bir ev tikib hədiyyə edim. Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler hazırlayıb. Və ən önəmlisi də budur ki, bu iki nəfər torpaqla bağlı problemi bilirmiş, iş hətta məhkəməyə gedib çatıbmış. Bələdiyyə bu məhkəmədə qalib gəlib, torpağı alan qadın uduzub. Bələdiyyə bunu məndən gizlədərək mübahisəli torpağı yenidən satıb. 9 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm, nə torpağa sahib ola bilirəm. Torpağı almaq üçün 18500 manat pul vermişəm, bunun 16000 manatı torpaq, 2500 manatı sənədləşəmə üçün tələb olunmuşdu. Bu müddət ərzində sənədləşmə üçün nəzərdə tutulan hissədən 1700 manat ala bilmişəm, qalanını yox. Verilmiş sənədlər Binəqədi bələdiyyəsinin 4-5 il öncə sədri olmuş adamın adı ilə çıxarılıb verilib", - deyə aktyor bildirib.

Tahir İsmayılova məsələnin həlli söz verilsə də, hələlik problem olduğu kimi qalır.



Hiç yorum yok:

Yorum Gönder

Pages