AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQILLIYININ GÜNÜDÜR.




     
               Bu il müzəffər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-ci ilidir.
             33 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul olundu.
2022-ci ilin 15 oktyabrında Milli Məclis, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
         Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı.
         Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir. Bir söz, Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi.
Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə prezidenti İlham Əliyev davam etdirilir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub.
         Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
         Azərbaycan Dövlət Müstəqilliyindən 3 il sonra 1994 -cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) fəaliyyət göstərməyə başladı. 30 il ərzində ölkəmizin ictimai- sıyası həyatında fəal iştirak edib və bu gündə yüksək fəallığı ilə secilən aparıcı ictimai (təşkilatlardan) birliklərdən bırıdır.
         Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdruk dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin və onun davamçısı , Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü olan 90 min qazilərinin ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Təşkilatımız bu arzusunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev reallaşdırdı.
          Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 2020-ci ildə 44 günlük Vətən müharibəsində isə başda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev olmaqla, AVMVİB-nin rəhbərliyi, Xankəndi şəhər və Xocalı rayon şöbəsi və diyər rayon şöbələrinin sədr və müavinləri, hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlməsinə köməklik etmişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. 
Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!
        Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Bütöv Azərbaycan xalqını Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Baki Milli Televiziyasının İcracı direktörü İlham Rəsulzadə.

Hiç yorum yok:

Yorum Gönder

Pages