Anım Günü olan Şəhidlərimiz



5 oktyabr Vətən müharibəsi şəhidi Rauf Süleymanovun anım günüdür. Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edildi.Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

***************

Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

******************

Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

**************

Cəmil Səmədxan oğlu Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

*************

Allahverdiyev Namiq Müslüm oğlu (5 oktyabr 1967, Jdanov rayonu – 9 iyul 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

*************

Abıyev Vasif Vaqif oğlu 1986-ci il dekabrın 28-də Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına yazılıb və yeganə övladını anasına əmanət edərək müharibəyə yollanıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə ayağından yaralanmasına baxmayaraq geri dönməyib, son nəfəsinə qədər düşmənlə üz-üzə vuruşaraq şücaət göstərib.Yalnız bir dəfə oktyabrın 3-ü oğlu ilə telefonla danışıb. Yaxınlarının sözlərinə görə, oktyabrın 3-dən bu yana ondan xəbər ala bilməyiblər. Bir gecə komandiri Vasifi yuxuda görür və şəhid ona yerini göstərərək deyir: «Sən orada yatmısan, mən isə üşüyürəm! Gəl götür məni!» Yuxudan təsirlənən komandir dərhal həmin yerə gedir və Vasifin mübarək nəşini orada tapır. Abıyev Vasif şanlı tarixə adını qızıl hərflərlə yazaraq oktyabrın 5-i şəhidlik zirvəsinə ucalıb. Dekabrın 1-də yaşadığı yerə gətirilərək dəfn edilib.

**************

Sənan Şahin oğlu Abdullayev 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb. Sənan oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar. Şəhidin böyük qardaşı Ceyhun Abdullayev deyir ki, meyiti tapılana qədər hamısı onun sağ olduğuna inanıb. Sənanın meyiti isə noyabrın 1-də, elə doğulduğu gündə tapılıb və ailəsinə təqdim olunub: “Balacalıqdan ancaq döyüş istəyirdi. Deyirdi, gedəcəyəm, işğal altında olan torpaqlarımızı azad edəcəyəm. General Polad Həşimov şəhid olanda ona çox pis təsir eləmişdi. Deyirdi ki, səfərbərlik olsun, Ali Baş Komandan səfərbərlik elan etsin, gedək döyüşək. Elə də oldu. Qismən səfərbərlik elan olunanda ilk adını yazdıranlardan biri də qardaşım oldu”.

*************

İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.

**************

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

**************

Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda», “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.

**************

Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə «Azərbaycan Dövlət Pedaqoji Universitetinin» «Menecment» fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu «N2 saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə «SOCAR»-ın «Təhlükəsizlik idarəsinin» mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır.

Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən biri idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin Fərmanına əsasən «Vətən uğrunda» «Füzulinin azad olunması uğrunda» medalları ilə təltif olunmuşdur.

***************

Dəmirov Ədalət Nüsrət oğlu 2001-ci ilin 9 noyabr tarixində də anadan olan Ədalət Dəmirov orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra — oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Atası Nüsrət Dəmirov deyir ki, sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: «Onda səhhətinin yaxşı olduğunu, xidmətinin bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın 27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki, evdəkilərə demə, qoy narahat olmasınlar”. Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

**********

Dəmirov Vüsal Aydın 1993-cü il sentyabrın 10-da İsmayıllı şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Vüsal Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Dəmirov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

**********

Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.

Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və «qırmızı beret» sertifikatını qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

***********

Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir. 2016-cı ilin aprel ayında Cəbrayıl-Füzuli və Tərtər rayonu istiqamətində baş verən Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.

**************

Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

*****************

Elmir Nadir oğlu Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin də iştirakçısı olub. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

**************

Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

**************

Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub.

Mübariz Eldaroğlu,
AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri

Hiç yorum yok:

Yorum Gönder

Pages