Anar Adil oğlu Quliyev
Doğulduğu tarix və yer: 08.10.1977, Bakı şəhəri
Təhsili: 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsini İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir, mühəndis-iqtisadçıdır.
Əmək fəaliyyəti:
1999-cu ildə əmək fəaliyyətinə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlamış, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışmışdır.
2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri,
2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləmişdir.
2018-2019-cu il illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili Sərəncamı ilə Anar Quliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilmişdir. Dövlət qulluğunun müşaviridir.
22 may 2024-cü ildə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında Anar Quliyev Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti seçilib.
Hiç yorum yok:
Yorum Gönder