Allah-Təala Sizi və ailə üzvlərinizi qorusun, dəyərli Vüsal Quliyev!




Vüsal Quliyevi 15 il olar tanıyıram.Bilirəm ki, o,  Kürdəmir rayonu Sığırlı kəndinin yetirməsidir. Atası İlham Quliyev I Vətən müharibəsinin iştirakçısıdır. Vüsal müəllim bir müddət Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində çalışıb. Hazırda Prezident Administrasiyasının məsul əməkdaşıdır. Bu günlərdə anam Məryəm İsrayıl qızının vəfatı ilə mənə başsağlığı verən Vüsal müəllim soruşdu:" Yas mərasimi harda təşkil olunub?" Mən, mərasimin Salyan rayonunun Şəkərli kəndində-böyük qardaşım Nizamigildə təşkil olunduğu barədə məlumat verdim. Və qeyd etdim ki, Bakıda Cümə axşamı təşkil olunacaq. Vüsal müəllim dedi:"Əvvəla, dərin hüznlə başsağlığı verirəm, mərasim dünyanın o başında təşkil olunsa, ora da gəlməliyəm!"
Biz, yaxşı insanları sağlığında ikən qiymətləndirməyi bacarmalıyıq. 
Dəyərli Vüsal müəllim, Allah-Təala ürəyinizə görə versin.
Qeyd: bildirirəm ki, anamın 40 mərasimi oktyabrın 30-da Salyan rayonunun Şəkərli kəndində təşkil olunacaq.

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 08.10.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages