2020 -ci ilin sentyabr ayının 28-də Azərbaycanordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü və suvrenliyi uğrunda 44 günlük Vətən müharibəsi zamanı Su qovşağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Əmrula Vahid oğlunun doğum günü münasibətilə şəhidin təhsil aldığı Bakı şəhər Sabuncu rayon 67 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə Bakı şəhəri 67 saylı tam orta məktəbin direktoru İradə Bayramova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti, Bakmi. İnfo-nun Təsisçisi və icraçı direktoru
İlham Rəsulzadə ,şəhidin ailə üzvləri, yaxınları, müharibə veteranları və şəhid ailələri, 67 nömrəli məktəbin müəllim heyəti və bir qrup şagirdiləri iştirak etmişlər.
Əvvəlcə anım tədbiri xalqmızın ümümmili lideri Heydər Əliyevin, şəhid Əmurulla Əliyevin, eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Dövlət Himi səsləndirlib.
Tədbiri giriş sözü ilə acan 67 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan partiyasının üzvü İradə Bayramova tədbiri giriş sözu ilə acaraq şəhidin atası Vahid Əliyev a, şəhidin yaxınlarına baş sağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən,şəhidlərmizin döyüş zamanı göstərdiyi qəhramanlıqdan söz acmış və rəşadətli ordumuz,qəhramanlıq göstərən həyatları bahasına torpaqlarmızın düşməndən işğalclardan azad etdiyini qeyd etmişdir. Bundan əlavə 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova öz cıxışında məktəbdə təhsil aldığı dövrdə Əmrulla Əliyevin yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışlarından, vətənpərvər və nizam-intizamlı şagird olmasından söhbət açmış və məktəbin heyət üzvləri, həmçinin bütün şagirdlərin qəhrəman məzunla qürur duyduqlarını diqqətə çatdırmışdır.
67 saylı tam orta məktəbin direktoru İradə Bayramovanın cıxışından sonra şəhidlik zirvəsinə yüksən Əliyev Əmurulla Vahid oğlunun həyat və fəyalatı haqqnda filim nümayiş etdirildi. 67 nömrəli tam orta məktəbin bir çox qurup fəal şagirləri ədəbi- bədi kompoziya cıxış etdilər,Şəhidlərə həsr edilmiş olunmuş şeirlər söylədilər və vətənpərvər mahnılar oxudular.
Mərasimdə iştirak edən şəhid ailələri cıxış edərək ölkəmizdə şəhid ailələrinə və müharibə veteranlarına dövlət səviyyəsində böyük diqqət və qayğının göstərdiyini önə cəkib və buna görə Azərbaycan Respubilkasının Prezdenti cənab İlham Əliyevə və birinci Vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürünu ifada etdilər.
Tədbirdə çıxış edənlər Bakı şəhər 67 nömrəli məktəbin müəllimləri ( Arifə İsmayılova,Sunay Mikayılzadə, Kamilə Xudacova, Aysu Həsənova, Damla Novruzlu,Eşqin Əlizadə və Nihat Kərimli) sentyabr ayının 7-də 28- yaşı tamam olan şəhid Əmrulla Əliyevin kecdiyi qısa və mənalı həyat yolarından söz acmış vətənmizin bütovlüyü uğrunda mübarizədə canlarından kecmiş şəhidlərin əziz xatirəsini daimi uca tutmağı,vətənuğrunda mübarizənin vacibliyi,tarix yazan qəhraman şəhidlərin and yerimizəziyarət məkanımıza cevriləcəklərini bildirdilər və onlar Bakı şəhər 67 nömrəli tam orta məktəbin şagirlərinin vedikləri suallara ətraflı məlumat verərək öz tövsiyələrini verdilər.
Tədbirin sonunda Şəhidin atası Vahid Əliyev və şəhidin yaxın qohumları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, 67 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim kolektivinə öz minnətdarlığını Vahid Əliyev oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Əmrulahın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişdir.
Qeyd edək ki, tədbir Bakı şəhər 67 nömrəli məktəbin təşkilatcılığı ilə kecirilmişdir.Şəhid Əliyev Əmrulla Vahid oğlu 1996 cı ilin sentyabr ayının 7-də Şamaxı şəhərində zəhmətkeş ailədə anadan olmuş və o, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi şücayətə,igidliyə görə, xidməti vəzifəlrinin və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamına əsan ölümündən sonra «Vətən uğrunda medalı ilə 3 -cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon rayon şöbəsində ümumi şöbənin müdiri İlham Rəsulzadə
Hiç yorum yok:
Yorum Gönder