Türkdilli Ölkələr Əməkdaşlıq Günü – hər il 3 oktyabr tarixində qeyd edilməkdədir.
Bakmiltv.info-nın xəbərinə görə, əməkdaşlıq gününün məhz bu tarixdə qeyd edilməsi səbəbsiz deyil. Belə ki, 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan, həmçinin Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi məhz bu tarixdə imzalanıb.
Elə həmin gün Naxçıvanda bu tarix Türkdilli Ölkələrin Əməkdaşlıq Günü Elan edilir. Bu tarix hər il qeyd edilməkdədir. Sonradan bu günü qeyd edənlərin sırasına Özbəkistan da qoşulub.
Son 10 ildə Türk Şurasının institusionalizasiya istiqamətində mühüm addımlar atılıb; Bundan əlavə, Şuranın əməkdaşlıq etdiyi TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk İş Şurası və Türk Şurası Ümumi Ticarət və Sənaye Palatası vasitəsi ilə üzv ölkələr arasındakı əlaqələr daha geniş bir şəkildə genişləndirilib.
Hiç yorum yok:
Yorum Gönder