1734 – Nadirqulu xan Qəbələyə gəlib.
1992 – Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev Laçının 2 kilometrliyində, "Tikanlı zəmi" yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.
1993 – Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikası prezidenti seçilib.
2009 – Naxçıvan MR-də türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib.
2009 – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin imzaladığı Naxçıvan Anlaşması ilə Türk Şurası yaradılıb.
2020 – Azərbaycan ordusu Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış kəndlərini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini erməni işğalından azad edib.
Dünyada olan hadisələr
382 – Roma imperatoru I Feodosiy vestqotların məskunlaşması üçün Trakya torpaqlarını ayırıb.
1605 – Esterqon qalası Osmanlı ordusu tərəfindən ələ keçirilib.
1654 – Mühasirədə olan Smolensk şəhərini Polşa-Litva qarnizonu ruslara təslim edib.
1670 – Yuri Baryatinskinin rəhbərlik etdiyi hökumət ordusu Simbirsk yaxınlığında Stepan Razini məğlub edib.
1739 – Osmanlı-Rusiya-Avstriya müharibəsinə son qoyan və Osmanlıların qazanc əldə etdiyi son müqavilə olan Nis müqaviləsi imzalanıb.
1782 – II Yekaterina Rusiyada Müqəddəs Vladimir ordeni təsis edib.
1828 – Rusiya ilə Braziliya arasında diplomatik əlaqələr qurulub.
1866 – Avstriya Vyana Sülh Müqaviləsinə əsasən Venesiyanı İtaliyaya verib.
1891 – Abxaziyada güclü zəlzələ nəticəsində Amtkel gölü əmələ gəlib.
1906 – Ümumi SOS siqnalı qəbul edilib.
1912 – Serbiya, Monteneqro, Yunanıstan və Bolqarıstan 3 gün ərzində Osmanlı İmperiyasından Albaniya və Makedoniyaya muxtariyyət tələb ediblər. Osmanlı bu tələbi rədd etdikdə, 8 oktyabrda Birinci Balkan Müharibəsi başlayıb.
1918 – Həştərxan-Xəzər hərbi donanması yaradılıb.
1929 – Serblər, Xorvatlar və Slovenlər Krallığı rəsmi olaraq Yuqoslaviya adlandırılıb.
1929 – Böyük Britaniya və SSRİ diplomatik münasibətləri bərpa ediblər.
1931 – Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı fəaliyyətə başlayıb.
1932 – İraq Böyük Britaniyadan müstəqillik qazanıb.
1938 – Perm bölgəsi qurulub.
1942 – Fau-2 raketinin ilk uğurlu buraxılışı olub.
1942 – İngilislərin almanlara qarşı “Bazalt” Əməliyyatının başlanğıcı.
1945 – Dünya Həmkarlar İttifaqları Federasiyası yaradılıb.
1952 – Böyük Britaniya ilk nüvə sınağını keçirib.
1952 – Los Ancelesdə ilk video lent yazılıb.
1956 – Nyu-Yorkda Dünyanın ilk atom saatı Atomichron satışa çıxarılıb.
1967 – Amerikada X-15A-2 eksperimental raket təyyarəsi 7297 km/saat sürətə çatıb ki, bu da səsin sürətindən 6,72 dəfə çoxdur.
1967 – Şimali Vyetnam ABŞ-ın sülh danışıqları təklifini rədd edib.
1973 – 75 ildir neft axtarılan Trakya bölgəsindəki (Türkiyə) Lüleburgaz yaxınlığında neft tapılıb.
1968 – Üç mühərrikli Tu-154 sərnişin təyyarəsinin ilk uçuşu olub.
1986 – Strateji Sovet sualtı K-219 gəmisi şaxtada raketin partlaması nəticəsində batıb.
1987 – Kanada və ABŞ aralarında sərbəst ticarət razılaşması əldə ediblər.
1990 – Qərbi və Şərqi Almaniyanın birləşib.
1990 – Avropada adi silahların azaldılmasına dair SSRİ – ABŞ sazişi imzalanıb.
1993 – Moskvada prezident Yeltsin tərəfdarları ilə Ali Sovetin tərəfdarları arasında qarşıdurma açıq silahlı qarşıdurma mərhələsinə qədəm qoyub.
1993 – Somalidə BMT-nin sülhməramlı əməliyyatına qatılan ABŞ xüsusi təyinatlıları ilə səhra komandiri Məhəmməd Aydidanın yaraqlıları arasında Moqadişoda döyüş baş verib.
2001 – Vladimir Putin NATO Baş katibi Corc Robertson ilə görüşüb və Rusiya Federasiyasının NATO ilə tərəfdaşlıq qurmağa hazır olduğunu bildirib.
2002 – Yapon banklarının səhm qiymətləri kəskin şəkildə (15%) aşağı düşüb.
2010 – Almaniya Versal Sülh Müqaviləsində razılaşdığı Birinci Dünya Müharibəsinin müharibə təzminatlarının son hissəsini ödəyib.
2012 – Şanlıurfanın Akçakale mahalında 5 mülki şəxsin Suriyadan topçu mərmiləri nəticəsində həyatını itirməsindən sonra Türkiyə Suriyanı vurmağa başlayıb.
Bayramlar və xüsusi günlər
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü.
- Alman Birliyi Günü (Qərbi və Şərqi Almaniyanın birləşmə günü).
- Koreya Respublikasında Dövlətin Yaranma Günü.
Doğumlar
1792 – Francisco Morazan, Mərkəzi Amerikanın dövlət və hərbi lideri, Mərkəzi Amerika Federasiyasının prezidenti, müxtəlif illərdə Honduras, El-Salvador və Kosta-Rikanın prezidenti (ö. 1842).
1800 – Corc Bankroft, amerikalı alim, Amerika tarixinin "atası" (ö. 1891).
1849 – Dmitri Dubyaqo, rus astronomu, Kazan Rəsədxanasının qurucusu (ö. 1918).
1863 – Stanislav Zaremba, polşalı riyaziyyatçı, Polşa Riyaziyyat Cəmiyyətinin qurucularından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (ö. 1942).
1875 – Süleyman Sani Axundov, görkəmli Azərbaycan dramaturqu, maarifçi, uşaq ədəbiyyatı yazıçısı (ö. 1939).
1895 – Sergey Yesenin, rus sovet şairi (ö. 1925).
1921 – Tamerlan Əliyev, Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor (ö. 1997).
1946 – Misir Mərdanov, Azərbaycan Respublikasının keçmiş təhsil naziri.
1981 – Zlatan İbrahimoviç, isveçli futbolçu, İsveç milli komandası tarixinin ən məhsuldar bombardiri.
Hiç yorum yok:
Yorum Gönder