Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst -xətti olmuş, Daxili Qoşunların Binəqədi və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin özək sədri- ehtiyatda olan polkovnik- leytenant Hüseynov Talıb Volodiya oğlunun qardaşı Həsənin 40 mərasimi oktyabr ayının 26-da, saat 11.00 dan saat 16.00 kimi Xırdalan şəhəriində yerləşən “Günay” mərasim evində keçiriləcək.
Bu barədə onun ailə üzvləri bildiriblər.Qeyd edək ki, Hüseyn Talıbovun qardaşı Həsən uzun illər SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən hərbi hissədə və Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət etmişdir.Həsən Talıbov sentyabr ayının 18-də dünyasını dəyişib və sentyabr ayının 18 -də Masazır qəsəbəsində
torpağa tapşırılıb.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder