23 yaşlı gənci elektrik cərəyanı vurub



Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

“Bakmiltv.info” xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages