23 oktyabr polkovnik Zahid Nəzərovun vəfat etdiyi gündür.





Bir gün dünyaya gələn insan,bir gündə onu tərk edir.İki gün arasındqkı ömür payında onun gördüyü işlər əməllər,dediyi sözlər,düşündüyü fikirlər,hadisələr,insanların xatirəsində qalır.Elə insanda  vardır kı,onun haqqlnda  xatirələr insanların qəlbinə təsir edir və göz yaşına səbəb olur. Belə insanladan biridə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz  dəst-xətti  və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi,iradı, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən,  ömrünün ən məhsuldar dövrünün 34 ildən çoxunu Din-in Daxili Qoşunlarında müxtəlif  vəzifələrdə kecirmiş,   Azərbaycan Respubilkasının Silahlı  Qüvvələr və müharibə veteranı-polkovnik Nəzərov Zahid Qulam oğlu idi.

Təbiətcə cox sakit, təmkinli, işgüzar,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə, torpağına, xalqına bağlı gözəl və xeyirxah  insan- polkovnik Nəzərov Zahid Qulam oğlu 1964 - cı ilin aprel  ayının 10-da Qubatlı rayonunda zəhmətkeş bir ailədə anadan olmuşdur. 2021-ci ilin oktyabr ayının 23 -də vəfat edib. 

Əhətəsində olan insanların,döyüşcü və iş yoldaşlarının  hörmətini qazanan,dostlarına, yaxınlarına isti münasbətdə olaln,Zahid Nəzərov 1982-ci ildə Qubatlı  rayonun Yuxarı  Cibikli və Şurnuxu kənd orta məktəblərində  orta təhsilini başa vurduqdan sonra,1982-1984-cü illərdə  SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Moldavan Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

1988-ci ildə Daxili işlər Nazirliyinin Daxili Qoşunların Orjonikidze  Ali Hərbi  Komandirlər məktəbini,2005-ci və 2011 illərdə isə Ankara və İstanbul  şəhərlərində Ali Hərbi məktəbində və Türkiyə Silahlı Qüvvələrin hərbi akademiyasında ixtisas artırma kurslarını (briqada və bölgə komandiri ixtisası üzrə) bitrmişdir. 

1988- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində taqım komandiri,bölük komandirinin müavini və bölük komandiri vəzifələrində olmuşdur.

 1991- 2007 -ci illərdə Daxili Qoşunların Gəncə şəhərində, Binəqədi ,Xacmaz (Yalama qəsəbəsində) və Quba rayonlarında yerləsən hərbi hissələrində döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirin 1-ci (ümümü) müavini və hərbi hissə komandiri, 2007 -2011-ci illərdə isə Din-in Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat şöbə rəisinin müavini, 1911-2013-cü illərdə Daxili işlər Nazirliyinin hərbi-məsələr üzrə  xidmətində xüsusi və mühüm tapşrıqlar üzrə baş inspektor,
2013-2017-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında  əməliyyat şöbəsinin  rəisi vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.

Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik  yerini bilən,öz işini dərindən bilən və sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən,əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Zahid Qulam oğlu Nəzərov Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində öz ta eliyində olanlar və bir çox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan Nəzərov Zahid Qulam oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin, hərbi təchizat anbarların,hərbi yeklərin mühafizə  olunmasında,şəhərlərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərıəşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər   və  başqa  fövqəladə  hallar, habelə 
 hərbi vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin  həyata  keçirilməsində   üzərinə düşən  məsul vəzifələri hər zaman  layiqincə yerinə yetirmişdir.


Polkovnik Nəzərov Zahid Qulam oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda,Ağdərə,  Ağdam və Füzuli   rayonları istiqamətində gedən döyüşlərdə   iştirak edərək, ona həvalə  olnmuş vəzifə və tapşırıqları  layıqincə yerinə yetirmişdir.44 günlük Vətən müharibəsində də hərbi quluqcılarmızın yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.

Öz xidmət vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə,döyüş hazırlığındakı,döyüş xidmətindəki, döyüş təlimindəki,döyüş növbəsindəki əla göstəricilərə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə  görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Daxili Qoşunların Baş İdarəsinin  əməliyyat və döyüş hazırlığı idarə rəisinin, ali hərbi məktəb  və akademiya
rəislərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri  ilə əla xidmətlərə görə əlacı
,idman dərəcəsi və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Hərbi xidmətdə fəriqlənməyə görə” 1-ci dərəcəli medalı ilə;

2.”Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə;

3.”Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə; 

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;

5.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;

6.”Qusursuz  xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

7.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

8.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;

9.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

10.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

11.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-1913)” yubiley medalı ilə.

Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə,döyüş zamanı igidlik  göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə” polkovnik Nəzərov Zahid Qulam oğlu, Azərbaycan Respubilkası Prezidentinin (6 may 2005-ci və 11 mart 2015-ci il tarixli) sərancamları ilə aşağıdakı medallarla təltif olunub:

1.”İgidliyə görə” medalı ilə;

2.” Hərbi xidmətlərə görə” medalı ilə.

Polkovnik Zahid Nəzərov 23 oktyabr 2021 -ci il tarixində Bakı şəhərində vəfat edib. 

Səmimi, insanpərvər və zəhmətkeş  insan  Zahid Qulam oğlu  Nəzərovun əziz ruhu hər zaman onu tanıyanların,sevənlərin yadaşında hafizəsində yaşayacaq, onun əziz xatirəsi doğmalarının, yaxınlarının, iş yoldaşlarının,dostlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləcək. Belə vicdanlı oğuları ilə tanınır Vətən!

ALLAH RƏHMƏT ELƏSİN,  
MƏKAN I CƏNNƏT OLSUN!!!

QƏBRİ NURLA DOLSUN.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages