2 oktyabr aktyor Cümşüd Zeynalovun doğum günüdür.




Cümşüd Zeynalov
Doğum tarixi: 02.10.1982
1982-ci il oktyabrin 2-də Ağstafa rayonunun Həsənsu kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1989-2000 ci illərdə Habil Əzizov adına Vurğun qəsəbə orta məktəbində almışdır. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində təhsil almışdır. 2001-2002 İllərdə hərbi xidmətdə olmuş, geri qayıtdıqdan sonra 2003 cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsinə qəbul olmuşdur və 2007 ci ildə oranı bitirmişdir. 2007-2008 ci illərdə Bakı Bələdiyyə teatrı, 2012-2014cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında çalışmışdır. 2012ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır.
===
YARADICILIĞI
Bakı Bələdiyyə Teatrı
Oktov (Skapenin Kələkləri)
Kəndli (Nadir Şah)
Azər əsgəri (Türk sancağı)
Jurnalist (Daşa dönmüş ürəklər)
===
Vahid Satira Teatrı
İdmançı (Yolunu azmış sərnişinlər)
Kişi (Kor Kürsü)
===
Gənc Tamaşaçılar Teatrı
Aydın (Sən həmişə mənimləsən)
Akademik Milli Dram Teatrı
Sakin (Qatarın altına atılan qadın)
Polis (Anamın kitabı)
Ayı, Həkim (Qaraca qız)
Redaktor (Sənətkarın taleyi)
Quldur Əhməd (Biri vardı biri yox..)
Polis (Nazirin xanımı)
Ceyranzadə (Mənim günahım)
Majardon (Kölgə)
Dəmirqaya (Əmir Teymur)
Şair (Laləli düzən)
Polis (Generalın son əmri)
Keçəl (Keçəlin şahlığı)
Əhməd (Aldanmış ulduzlar)
Bobçinskiy (Müfəttiş)
Zindanbaşı (Qətibə İnanc)
Nazir Ağabəşir Ağa (Lənkəran xanının vəziri)
Kosa (Kosanın qızı)
Skripkaçı, Professor Armud (Çipollino)
Həkim Bayquş ( Buratino)
===
Serial
Qəssab Arif (Qız yükü)
Polis (Tacirlər)
Əsgərliyə gedən (Yalan)
Cümşüd (Tahirənin intiqamı)
Müstəntiq (Qeyri adi cihaz)
Xəstə (Məcnunlar)
Müğənni (100000 Manat)
Şaxta Baba (Üç görüş)
Cümşüd (Bizim Yek 1-4)
(Gəl təzədən evlənək)
Vilayət (Yollara uzanan gün)
Yəhya gülü (Əli və Nino)
Elşad (İmtahan)
Sahib (Uçurum)
Aydın (Bir qadın)
Nizami (Bizim restoran)
Div (Cırtdan Meqa Şou)
===
Filmoqrafiya:
Yalan (2006, tammetrajlı bədii film) – aktyor (əsgərliyə gedən)
Məcnunlar (2007, qısametrajlı bədii film) - aktyor (xəstə)
100000 AZN (2009, tammetrajlı bədii film) - aktyor (müğənni)
Bizim jek (2010, bədii serial) – aktyor (Cümşüd)
Tahirənin intiqamı (2010, bədii serial) – aktyor (Cümşüd)
Gəl təzədən evlənək (2011, tammetrajlı bədii film) – aktyor
Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – aktyor (Qurbanəli)
Bənzərəm bir qocaman dağa ki... (2012, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Üç görüş (2012, tammetrajlı bədii film) – aktyor (Şaxta baba)
Qız yükü (2013-2014, bədii serial) – aktyor (qəssab Arif)
Yollara uzanan gün (2014, qısametrajlı bədii film) - aktyor (Vilayət)
Məryəm (II) (2016-2017, bədii serial) – aktyor (İsmayıl)
İmtahan (II) (2017-2020, bədii serial) – aktyor (Elşad)
Bizim restoran (2019-2020, bədii serial) – aktyor (Nizami)
İdarə (2020, bədii serial) – aktyor (Ədalət)
Uçurum (2018-..., bədii serial) – aktyor (Sahib)
Bir qadın (2019-2024, bədii serial) – aktyor (Aydın)
===

Hiç yorum yok:

Yorum Gönder

Pages