17 oktyabr Tibb xidməti polkovniki Elçin Əliyevin doğum günüdür!Hörmətlə anırıq!


 
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəst-xətti olan, hörmət və sayğıya layiq olan, öz yüksək peşəkarlığı, humanistliyi ilə,işguzarlığı, mənəvi keyfiyyəti, təşkilatcliq bacarığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində  baş zabit, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında  isə hospital rəisi (hərbi hissə komandiri) vəzifələrində xidmət keçirmiş,yuksək ixtisaslı həkim- tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu 2-il   8 aydan çoxdur aramızda yoxdur.Ədəbiyyata,haqq dünyasına qovişub.Elçin həkim
əgər yaşasaydı  oktyabr ayının 17-də 62 yaşını qeyd edəcəkdi.Təəssuflər olsun ki ömür vəfa etmədi.O,
2022 - ci ilin fefral ayının 9 -da vəfat etdi.

Həmişə müasir müalicə usullarına canatan həkim,sadə,mehriban,təvazökar,vətənpərvər,cəfakeş insan, tibb xidməti polkovniki Əliyev Elçin Vəli oğlu  1962 ci ilin oktiyabr ayının 17-də  Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.
1969- cu ildə Bakı şəhərində 23 nömrəli orta məktəbin  birinci sinifə getmiş, 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb  İnstitutunun müalicə-profilaktika fakültəsinə  daxil olmuş , 1985-ci ildə həmin İnstitutu, 2009-cu ildə isə  Naxçıvan Dövlət Üniverstetinin “hüqüq” fakültəsini bitirmişdir.Elçin həkim dəfələrlə  Əziz  Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkimləşdirmə  İnsitutunda müvafiq kurslarda, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim-metodiki toplanışlarda,xüsusi-taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir .  
 Polkovnik Elçin Vəli oğlu Əliyev  1986-1987 cu illərdə  2 saylı ruhi-əsəb xəstəxanasında həkim,1987 1989-ci illərdə isə Daxili İşlər Nazirliyinin Tibb İdarəsində həkim- pisxiator vəzifəsində calışmışdır.Bu sahədə lazımı təcrübəyə yiyələnən Elçin həkim 1989-1991-ci illərdə  Məştağa qəsəbəsindəki ruhi-əsəb xəstəxanasında şöbə müdiri işləmişdir. 
Elçin həkim 1992- 2015 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qoşunların hərbi hospitalında isə hospital rəisi ( hərbi hissə komandiri) vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik Elçin Əliyev Daxili Qoşunların Bas İdarəsində və hərbi hospitalında xidmət etdiyi illər ərzində müsbət yenliklərə nail olmuşdur. Beləki, hərbi qulluqçuların hərbi tesdən keçməsi üçün müasir tələblərə uyğun ilk hərbi test onun tərəfindən  hazırlanmış və həyata keçirilmişdir.Ali dərəcəli Elçin həkim tibb xidməti sahəsində bir çox məqalənin,insan pisxologiyası üzrə , elmi- təcrübə yaradıclıq işinin,dərs vəsaitinin,bir necə kitabın və səmərələşdirici təkliflərin  müəllifi olmuşdur.Elçin Əliyevin tibb sahəsində bir çox elmi refarat işləri bir sıra mətbuat orqanlarnda dərc olunmuşdur.
Hospitalın müasir müayinə və müalicə avadanliqları ilə təchiz edilməsində təşəbbüskarlığı və fəaliyyəti yuxarı komandanlıq tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə  dövlət mükafatına layiq görülmüşdür. Lakin həkimlik təcrübəsinə, idarəçilik və təşkilatçıliq qabiliyyətinə malik tibb xidməti polkovniki Elçin Əliyev burada çalışdığı dövrdə hospitalın müasir tələblərə uyğun təkmilləşdirilməsi, müalicə profilaktika tədbirlərinin keyfiyyətinin yüksəldilməsi üçün daim var qüvvəsi ilə calışmışdır. Onda ümümləşən bütün bu insani keyfiyyətlər mütərəqqi ailəsindən, xüsusən məhrum atası  tarixl elmləri doktoru, Akademik  Vəli Əliyevin  ona verdiyi uğurlu tövsiyələrindən irəli gəlirdi.
Elcin həkim qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində   ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,cinayatkarlığa qarşı mübarizədə, cəzaçəkmə müəssisələrində və yaşayış  məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa fövqaladə hallar  habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüqüqi rejimin təmin edilməsində,  Azərbaycanın  ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzili rayonları istiqamətinfə) gedən döyüşlərdə ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Müharibə Veteranı idi.
Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin,əmr və sərancamların dəqiq və sözsüz   yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. Hippokrat andı içən Elçin həkim o anda sona qədər sadiq qalaraq ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf hissi ilə yerınə yetirmişdir.
Tibb  xidməti polkovniki Elcin Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
Sənətini mükəməl bilən,ömrünün geçəsini-gündüznü məhz insanların sağlamlığında,keşiyində ləyaqətlə duran və onların qayğısına qalan-   tibb xidməti polkovniki Elçin Əlıyev Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsində xidmət etdiyi illər ərzində hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş və yükün yoxlama komissiyanın, məqsədli və kompleks yoxlama qurupların üzvü olduğü müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.
 Elçin Vəli öğlu Əliyev xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə   Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsinin rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə təltif olunmuşdur,bir çox (pul mükafatları ilə),fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırılmış və ona təşəkkür elan edilmişdir.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fərqləndiyinə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafıq əmrləri ilə Elçin Vəli oğlu Əliyev aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  90 -illiyi (1918-2008)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə”   1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə  görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan dövlətcliyinin qorunmasında,ictimai təhlükəsizliyin təmin  edilməsində,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən peşəkarlıq göstərdiyinə görə, Azərbaycan Respubilkası Prezidentinin 12 mart 2009-cu il   tarixli sərancamı ilə polkovnik Elçin Əliye  “Hərbi xidmətlərə görə”  medalı ilə təltif edilmişdir. 

 Elçin həkim millətmizi,Vətənmizi sevərək yaşadı və sevilərək yaşadığı ücün  Tanrının xoşbəxt bəndəsidir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibb xidməti sahəsində  xüsusi xidmətləri olan, bir çox medal və döş nişanları ilə təltif  olunmuş, haqq dünyasında olan- tibb xidməti polkovniki Elçin Vəli oğlu  Əliyevin əziz xatirəsi, hər zaman onu
sevənlərin,tanyanların,doğmalarının, iş və döyüçcü yoldaşlarının hafizəsində 
(qəlbində) həməşəlik yaşayacaq.

 Allah Elçin Həkimə Rəhmət  Eləsin!

Ruhu şad olsun!

Məkanı Cənnət Olsun.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə
Veteranı 
polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages