2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Bakmiltv.info nun İcracı direktörü İlham Rəsulzadə müharibəsinin xronikasını təqdim edir.
***************************************
15 oktyabr 2020 - Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığa ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ağır yaralanmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" başlıqlı paylaşım edib
AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və Bakmiltv.info nun İcracı direktörü İlham Rəsulzadə müharibəsinin xronikasını təqdim edir.
Hiç yorum yok:
Yorum Gönder