Azərbaycan Ordusunun baş giziri olan İlqar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. İlqar Hüseynli sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Xudat şəhərində dəfn olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri
Hiç yorum yok:
Yorum Gönder