Xalq artisti Fidan Hacıyevanın doğum günüdür

 



Fidan Hacıağa qızı Hacıyeva 7 sentyabr 1976-cı ildə Bakı şəhərində zəhmətkeş bir ailədə  anadan olub. 1984-cü ildə Bülbül adına Orta İxtisas Musiq Məktəbinin fortepiano sinfinə daxil olub. Orada təhsilini bitirdikdən sonra, 1994-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professional təhsil alan vokalist, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.
Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir.
Corc Bizenin “Karmen” operasında Karmen roluna görə “Ən gənc Karmen” adına layiq görülüb.
Cüzeppe Verdinin “Aida” operasında - Amneris , “Trubadur” operasında- Azuçena, “Riqolleto” operasında -  Maddalena, “Traviata” operasında - Flora, Cakoma Rossinin “Sevilya bərbəri” operasında - Rozini, Maskeninin “La Prinçipessa” , Üzeyir Hacıbəylinin “Koroğlu” operasında - xanəndə qız, “Arşın mal alan” operettasında - Asiya, Fikrət Əmirovun “Sevil” operasında - Gülüş partiyalarını yüksək peşəkarlıqla ifa edir.
2000-ci ildə Fidan Hacıyeva Türkiyədə “TÜRKSOY”un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edib. Elə həmin il ifaçı Türkiyə Cümhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalayıb, Milli Opera və Balet Teatrında çalışaraq, Mersin, İstanbul, İzmir, Ankara teatrının səhnəsində “Karmen” obrazını yaradıb.
2010-cu ildə dünya şöhrətli mezzo-soprano Bruna Buglioninin yanında vokal təhsilini davam etdirib.
Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə  İtaliyanın “Kidjiano” Akademiyasında keçirilənBeynəlxalq müsabiqəyə dəvət edirlər. Müğənni həmin müsabiqədə iştirak edərək qalib olur. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyib.
Fidan Hacıyeva vətənə qayıdır və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnir.
Sənətçinin 2003-cü ildə “Jealousy and love” (“Məhəbbət və qısqanclıq”) adlı ilk albomu işıq üzü görüb.
2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olan sənətçiAzərbaycanın müxtəlif cəbhə bölgələrində əsgərlərimiz üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramında çıxış edib.
Fidan Hacıyevanın 2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən Beynəlxalq sərgidə iştirak edərək, mahnılarımızı təqdim etməklə yanaşı, yapon dilində də mahnılar ifa edib.
2006-cı ildə opera müğənnisi “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.
Fidan Hacıyeva 2006-cı ildə Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında konsertlər verib. 2008-ci ildə Kiyev şəhərində Azərbaycan və Ukrayna Mədəniyyət nazirliklərinin birgə keçirdikləri konsertdəUkraynanın Xalq artisti Aleksandr Buretzlə səhnəni paylaşıb.
2011-ci il iyun ayının 25-də İtalianın Montejiore Konka şəhərində keçirilən yay festivalı çərçivəsində Fidan Hacıyevanın iştirakı ilə Giacomo Puccininin “Suor Angelica” operası səhnələşdirilib. Bundan başqa opera müğənnisi Türkiyənin Samsun şəhərində bir daha “Karmen” operası ilə çıxış edib.
Fidan Hacıyeva 2011-ci ilin iyun ayında Bakıda fransız tenoru Jean-Francis Monvoisinlə birgə konsert proqramı təşkil edib.
İlk dəfə Azərbaycanın mədəniyyət günləri çərçivəsində İtaliyada: Turin, Venesiya, Milanda Cüzeppe Verdinin Konservatoriyasında çıxış edib.
Məşhur italyan dirijoru və pianoçusu Stefano Miceli 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrda təşkil edilmiş “Gran Gala” konsertinə həmyerlimizi dəvət edib.
Festivalının təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif ediblər.
Fidan Hacıyeva Heydər Əliyev adına sarayda “Sevgili Canan”, “Bir bahar axşamı” adlı solo konsertləri ilə çıxış edib.
2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə  8 mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə  Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən “Xalq artisti” adına layiq  görülüb.
2015-ci ildə Fidan Hacıyevaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsi verilib.Hal-hazırda Fidan Hacıyeva mayor hərbı  rütbəsində  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların   Baş İdarəsinin  Nümnəvi- Göstərici  Hərbi Orkestr rəisinin müavini  vəzifəsində Vətənə  və Xalqa sədaqətlə xidmət edir. 
2015-ci ildə dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında ilk dəfə Gülçöhrə obrazını canlandıraraq, yüksək peşəkarlıq qabiliyyəti, dərin bacarığı ilə bu obraza yeni nəfəs gətirib.
2016- cı ildə isə öz adını daşıyan, illərdir gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti Fidan Hacıyeva 2016-cı il 20 dekabr tarixində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının  dəvəti  ilə Minskdə 7-ci beynəlxalq dünya forumunda iştirak edib. Akademik Opera və Balet Teatrı və Belarus Milli Akademik Böyük Opera Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış müqavilə çərçivəsində 2017-ci il aprelin 20-də Fidan Hacıyeva  Minskdə Jorj Bizenin “Karmen” operasının tamaşasında baş rolu canlandırıb.
Fidan Hacıyeva 2003-cü ildə Filip Naylorla ailə qurub. Bu nigahdan onların 2 oğlu, 1 qızı var.
Fidan Hacıyeva  öz xidmət vəzifələrini  və Daxili Qoşunların Nümnəvi- Göstərici Hərbi Orkestrinin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirərkən fəriqləndiyinə  və digər xidmətlərinə görə  Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın  və onun müavinlərinin müvafiq əmrləri ilə  bir sıra medalarla,döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla,diplomlarla,qiymətli hədiyyələr  mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Çox hörmətli  və dəyərli  Azərbaycanın Əməkdar  və Xalq artisti- mayor  Fidan  Hacıyevanı doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi,onun doğmaları,əzizləri, yaxınları,iş və tələbə yoldaşları  ürəkdən təbrik edir,  ona uzun ömur, cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni    uğurlar arzulayırlar.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FİDAN XANIM!
Azərbaycan Respublikasının Silahlı  Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev















Hiç yorum yok:

Yorum Gönder

Pages