1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu.
1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilmişdi.
1994-1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru.
1996-1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru.
2001-2006-cı illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti.
Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlamışdır.
Vasif Babayev 1969-1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlamışdı.
Vasif babayev 40-a yaxın sənədli filmlərin müəllifi və rejissorudur.
"Sahil bağı", "Odlar torpağı", "Qızıl güllər diyarı", "Sovet Azərbaycanı", "Azərbaycan artistlərinin konserti", "Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)", "Sovet Azərbaycanı", "Azərbaycan təranələri", "Ənənələrə sadiq", "Bakı-Tümen", "Onuncu beşillik, birinci il", "Onuncu beşillik, ikinci il", "Sovet Azərbaycanı", "Onuncu beşillik, üçüncü il", "Şəki", "Azərbaycan geniş addımlayır", "Onuncu beşillik, dördüncü il", "Xuraman", "Sovet Azərbaycanı, yeni nailiyyətlərə", "Meksika görüşləri", "Onuncu beşillik, beşinci il", "Onbirinci beşillik, birinci il", "Partiyanın canlı sözü", "Sovet Azərbaycanı, yeni uğurlara", "Onbirinci beşillik, ikinci il", "L.İ. Brejnev Bakıda", "Qızıl yamaclar", "Yaxşı yol, Azərbaycan", "Onbirinci beşillik, üçüncü il", "İçərişəhərin əbədi nağılı", "Onbirinci beşillik, dördüncü il", "Həqiqətin anı", "Sovet Azərbaycanı, zaman və insanlar", "Nəbi Xəzri", "Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar", "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin", "Xuraman on il keçmiş", "Quşlar üçün tələ",. "Seçim", "Birlikdə", "Ot kökü üstə bitər"
Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülmüşdü.
1967-ci il Kiyev. "Prometey-67" zona kinofestivalı, "Sahil bağı" filmi debüt üçün mükafat almışdı.
1968-ci il, Moskva I Ümumittifaq telefilmləri festivalı. "Sahil bağı" ən yaxşı filmlər sırasında yer tutmuşdu.
1968-ci il, Tbilisi. "Prometey-68" zona kinofestivalı "Qızıl güllər diyan" film-reportaj kimi diploma layiq görülmüşdü.
1977-ci il, Leninqrad. Ümumittifaq telefilmləri festivalı. "Sovet Azərbaycanı" sənədli filmi SSRİ Jurnalistlər İttifaqının Prizini almışdı.
1978-ci il, Vladivostok. Ümumittifaq telefilmləri festivalı. "Şəki" filmi Naxodka şəhərinin Prizi ilə təltif edilmişdi.
1979-cu il, Bakı. Ümumittifaq telefilmləri festivalı. "Xuraman" sənədli filmi Azərbaycan kino tarixində ilk dəfə olaraq "Böyük mükafat (Qran-Pri)", "Azərbaycan iri addımlarla irəliləyir" filmi isə festivalda jürilərin xüsusi mükafatına layiq görülüblər.
1985-ci il, Kiyev. Ümumittifaq telefilmləri festivalı. "Həqiqətin anı" sənədli filmi diplom alıb.
1978-Vladivostok, 1979-Bakı, 1981-Yerevan, 1983-Alma-Ata, 1985-Kiyevdə Vasif Babayev Ümumittifaq festivallarında jürinin üzvü olmuşdur.
1970-1982-cü illərdə V.Babayev Azərbaycanın Lideri Heydər Əliyevin iştirakı ilə keçirilən, demək olar, bütün vacib dövlət və hökümət tədbirlərinin, televiziya verilişlərinin, translyasiyalarının və canlı yayımlanan proqramlarının aparıcı rejissoru olub.
1972-1987-ci illərdə V.Babayev R.Həsənoğlu ilə birlikdə iki ildən bir SSRI Mərkəzi televiziyasından İNTERVİDENİYE sistemi ilə Avropaya yayımlanan iki saatlıq Azərbaycan haqqında proqramlarının müəllifi və rejissoru olub. həmin proqramlarda Azərbaycan xalqının Lideri Heydər Əliyev iştirak edib. Vasif Babayev ümummilli Liderimiz Heydər Əliyevin televiziya və kino salnaməsinin yaradıcılarından biridir.
1966-cı ildə V. Babayev Leninqrad Televiziyası nəznində Ali Televiziya rejissoru kurslarını bitirib. 1967-1986-cı n illərdə Vasif bababyev – Bolqaristan, Yuqoslaviyə, Avstriyə, Macarstan, Yunanstan, İran, Türkiyə, Malta, İspaniya Fransa, İtaliyə kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb. 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. 1973-cü ildən Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvüdür. 1977-ci ildə Azərbaycan "Əməkdar artisti". 1981 -ci ildə "SSRİ Televiziya və Radio əlaçısı". 1989-cu V. Babayev Azərbaycanın "Xalq artisti" fəxri adına Respublikamızda layiq görülmüş ilk televiziya rejissorudur. 1995-ci ildə "MİR" Dövlətlərarası teleradio şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq "Humay" mükafatmı almışdır. 1999-cu ildə "Akademik Yusif Məmmədəliyev" medalı ilə təltif edilib. 2000-ci ildən Peşəkar Azərbaycan kinerejissorları gildiyasının üzvüdür. Vasif Babayev uzun illər televiziya və kino ilə bağlı Kütləvi İnformasiya Vasitələrində də dəfələrlə çıxışlar edir. Böyük alim, təşkilatçı kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimov haqqında filmin müəllifi və rejissoru Vasif Babayev onunla görüşlərini həyatının ən unudulmaz günləri kimi qəzet səhifələrində xatırlayır. "Kosmik miqyaslı zəkaya malik şəxsiyyət" "Azərbaycan ordusu qəzeti" /30.12.2007/, "Космическую эру открыл Королёв, но руководил всеми работами Керим Керимов" /ЭХО газ. 19.01.2008/ 1990-cı il məlum yanvar hadisələrinə biganə qalmayan Vasif Babayev başına gələnləri və gördüklərini xatırlayır. "Həyatının ən ağır anlarım yaşadım" /Azərbaycan qəz. 19.01.2005/, "Азербайджанская трагедия" /Зеркало газ. 19.01.2008/, "Qanlı yanvarı xatırlayarkən..." /Azərbaycan ordusu, 19.01.2008/, "20 yanvar qürur tariximiz" /525-ci qəz. 19.01.2008/ Vasif Babayev görkəmli televiziyonçu Elşad Quliyev haqqında öz fikirləri ilə bölüşüb. "Televiziyamn xaç atası-Elşad Quliyev gözlərini yumdu" /Şərq q. 28.05.08/, "Эльшад Гулиев-телеэпоха"/Зеркало г.05.07.08/ Vasif Babayev televiziya haqqında öz fikirlərini dəfələrlə kütləvi mətbuatda da dərc etdirir. "ЧТО, КТО, когда" /Молодеж Азербайджана, 29.09.1987/, "Bir günün xatirəsi" /Ədəbiyyat və İncəsənət, 26.08.1988/, "Mənim siyasətim həftə proqramıdır /Azərbaycan q. 06.05.1993/, "MİR bizi dünyaya tanıdır" /Səhər q. 21.05.1994/, "Mən televiziyanı özümdə tapdım" /Panorama, 22.06.1999/, "Əsəbi adamın etirafı" /Azadlıq q., 11.04.2000/, "Vaxt gələcək televiziyanın girəcəyində mənim və qardaşım Arifin abidəsini qoyacaqlar" /Məqam q. 08.09.1999/, "Gün keçdi" /Yeni Müsavat, 19.09.1999/, "Doqquz filmdən biri "Seçim" /Xalq q., 27.08.2000/, "Özəl telekanalda televiziya sənətkarlığı çox aşağı səviyyədədir" /525-ci q., 10.05.2001/, "Özəl televiziyaların səviyyəsi aşağıdır" /Etimad q., 13.12.2002/, "Васифу Бабаеву присвоено звание академика" /Азербайджанская диаспора, 04.2004/, "Yerlimiz akademik adına layiq görüldü" /Ədalət, 17.06.2004/, "Аккорды большого пути" /Баку г., 11.05.2006/, "Əsgər deyiləm ki" /Gün q. 16.09.06/, Васиф Бабаев: "Сильные режиссеры не берутся за сериалы" /Эхо, 20.12.2006/,"Kişinin düşməni olar" /Ədalət q., 05.06.2007/, "Kinomuzda inkişaf var" /Kaspi q., 03.08.2007/, "İstedadlı televiziya rejissoru" /Azərbaycan qəz., 19.09.2007/, "Elə ssenarilər var ki, onları çəkəcək rejissorları mən hələ görmürəm" /Xəzər q. 17.05.2008/, "Efırə çiy verilişlər çıxır" /Həftə içi q., 06.11.2007/, "Televiziya sirli-sehrli bir dünyadır" /Paritet, 08.09.2009/.
Görkəmli televiziya və kino rejissoru Arif Babayevin kiçik qardaşlarından biridir.
Filmoqrafiya
Verilişlər və proqramlar
"Hər çinardan bir yarpaq", "Görüşlər, xatirələri", silsilə Aztv
"Arzular" musiqi poçtu, "Şənbədən Şənbəyə" silsilə Aztv
"Mahnı şəhəri gəzir", "Dostluq" konsert studiyası. silsilə Aztv
"Nəğməli bağ", "Asiman". silsilə Aztv
"Yaradıcılıq portretləri", "Ədəbi Üfuqlər". silsilə Aztv
"17-ci mərtəbə", "Şans bazarı".silsilə Sara tv
"Korifeylər", "Arzular, Təbriklər". silsilə Sara tv
"Axşam görüşləri", "Gecə kanalı" silsilə İnterAz Moskva
"Şurum Burum" "Rezonans" silsilə Sara tv, İnterAz Moskva
"24 saat", "HƏFTƏ" silsilə Aztv
"Dalğa" silsilə Aztv, "Yeddi gün" silsilə Aztv, Sara tv
"Kontakt", "Dedim-Dedi" silsilə Sara tv
"Sara-xəbər" silsilə Sara tv, "İnter-Diaspora" silsilə İnterAz Moskva
Filmlər
Azərbaycan iri addımlarla addımlayır (film, 1979)
Bakı beş dəniz limanıdır (film, 1967)
Əgər bir yerdəyiksə (film, 1975)
Həqiqətin anı (film, 1984)
Xuraman (film, 1978)
İçəri şəhər-əbədi nağıl (film, 1984)
Kərim Kərimov (film, 1988)
Qızılı yamaclar (film, 1982)
Nəbi Xəzri (film, 1987)
Odlar torpağı (film, 1967)
Sahil bağı (film, 1967)
Sovet Azərbaycanı (film, 1972)
Sovet Azərbaycanı (film, 1977)
Şəki (film, 1977)
Zirvə Buludu (1968)
Hiç yorum yok:
Yorum Gönder