Peşəkar,təcürbəli ,qayğıkeş, öz işini sevən,özünə hörmət edən,öz ixtisasını dərindən bilən, bilikləri ilə insanların sağlamlığının keşiyində dəyanətlə dayanan həkimlərdən biri olan- tibb xidməti mayoru Gülnarə Tagiyevanın sentyabr ayının 15-də 60 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,öz peşəsinin ustadı olan,tibb xidməti mayoru Gülnarə Tağıyevanı 60 illik yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), ailəsi-əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Gülnarə xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin.
Qeyd edək ki, sözün əsl mənasında hippokrat andına həmişə sadiq qalan fədakar həkim- istefada olan tibb xidməti mayoru Tağiyeva Gülnarə Mirtagı qızı 15 sentyabr 1964- cü ildə Baki şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Zəngin mənəviyyata, yüksək insanı keyfiyyətlərə malik olan Gülnarə həkim 1981-ci ildə Bakı şəhər 5 saylı kimya biologiya təmayüllü orta məktəbini, 1988 - ci ildə Azərbaycan Tibb Universitetini bitirib.Gülnarə xanım Daxili Qoşunlarda xidmət eydiyi illərdə üc dəfə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təhkimləşdirmə kursunu , 2014- cü ildə isə Türkiyə Gulhanə Akademiyasının ixtisas artırma kurslarında olub.
Daimi səmərəli fəaliyyəti ilə seseçilən tibb xidməti mayoru Tagıyeva Gulnarə Mirtagi qızı 1988- ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təyinatla 1993- cü ilin may ayına kimi, Salyan rayon mərkəzi xəstəxanasında öz ixtisasına uyğun işləmişdir.
1993- cü ilin iyun ayından - 2014 cü ilin dekabr ayının sonunadək Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağda və Nərimanov rayonlarında yerləşən hərbi hissənin (hərbi hospitalının) labaratoriya və diaqnostika şöbələrində tibb xidməti üzrə baş zabit vəzifələrində xidmət etmişdir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müvafıq əmrinə əsasən 2014 - cü ilin dekabr ayının sonunda,"Son Yaş Həddinə" görə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
Gülnarə Tagıyeva yuksək vətənpərvərliyi, peşə ustalığı və aslan hünəri ilə sayılıb seçilən Daxili Qoşunların kolektivində mehriban ana, qayğıkeş həkim, özünə və kollektivə qarşı tələbkar, ən yadda qalan həkim və fədakar baş zabit kimi tanınmışdır.Ürəkaçan xidməti, fəaliyyəti ilə şəxsi heyətin dərin rəgbətini
qazanımışdır.
Gülnarə Tağıyeva Daxili Qoşunlarda hərbi xidmət müddətində mütəxəsis həkim kimi, üzərinə düşən zabit şərəfini ləyaqətlə qoruyan, onun məsuliyyətini dərindən dərk edən , tələbkar, təcurbəli və vicdanla çalışan həkimlərdən bir olmuşdur.
Gülnarə həkim Daxili Qoşunların hərbı hospitalında xidmət edən zaman bir neçə dəfə Qadınlar şurasının sədri kimi ictimai vəzifəni ləyaqətlə yerinə yetirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi nizamnamələrin,hərbi hospital haqqında əsasnamə və təlimatların tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində Gülnarə xanım bir çox hərbi qulluqculara və tibb işcilərinə nümünə olmuş, hippokrat andına isə həmişə sadiq qalmışdır.
Tibb xidməti mayoru Gülnarə Tağıyeva Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində bilik və baçarığını heç vaxt əsirgəməmiş, ona həvalə edilmiş vəzifələri, tapşırıqları, göturdüyü öhdəliyi layiqincə yerinə yeritməklə , hərbi həkim adına sadiq qalmaqla Daxili Qoşunlarda bir hərbi həkim kimi şərəflə xidmət etməyi özünə qürur hissi hesab edərək Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir
Tanımış, alı dərəcəli həkim- istefada olan tibb xidməti mayoru Gulnarə Tagıyeva humanistliyi,sadəliyi,səmimiyyəti,dərin zəkası, vətənpərvərliyi, dəqiqliyi,təmkinliyi, işgüzarlığ, iradi, mənəvi və insanı keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli hərbi xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin tibb xidmətində və hərbi hospitalında keçirmişdir.
O,Din-in Daxili Qosunların Bas İdarəsinin hərbi hospitalında xidmət edərkən, funksional dioqnostika və laboratoriya söbəsinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində bir baş zabit ( ali dərəcəli həkim) kimi üzərinə
düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Öz xidməti və ictimai vəzifələrini eləcədə hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə, Gülnarə həkim Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, tibb xidmət rəisinin, hərbi hissə komandirinin ( hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-ılliyi (1918-2008)”yubiley medalı;
3.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
GÜLNARƏ XANIM!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA,SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder