Təbrik:Tibb xidməti mayoru Təranə Cəfərova





İnsan ücün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı, hümanistliyi, sadəliyi, təşkilatçılıq bacarığı, səmimiyyəti və müsbət xüsusiyyətləri ilə seçilən tibb xidməti mayoru  Cəfərova Təranə  Həmzə qızıdır. Sentyabr ayının  3-də onun  dünya göz açdığı gündür .

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan  tibb xidməti mayoru  Cəfərova Təranə Həmzə qızını belə bir əlamətdar gün münasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,əzizləri, yaxınları  və onun iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Təranə həkim qoy  yaşının üstə gələn bu yaş da suzə sevincdolu illər bəxş etsin, 
 hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
      
Tibb Xidməti mayoru Təranə Həmzə qızı  Cəfərova  1963 - cü ilin  sentyabr ayının 3 - də Lənkəran şəhərində zəhmətkeş  bir ailədə dünyaya göz açıb.
     
Sənətini mükkəməl bilən,insanların (hərbi qulluqcuların)
sağlamlığının keşiyində ləyaqətlə duran,onların qayğısına  qalan,  etibarını və rəğabətini qazanan yüksək dərəcəli Təranə həkim, 1980- ci ildə  Lənkəran şəhər 2 nömrəli orta məktəbi,  1987 - ci ildə  Azərbaycan Dövlət Tibb Universitetini bitrib.
O,Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində həkimlərin təkmilləşmə kursularında, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -  təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komando- qərargah məşqilərində,  seminar və konfranslarda fəal iştirak edib.
  
1987- 1991 -ci illərdə  Sovet Ordusunun ,1992- 1997- ci illərdə Azərbaycan Ordusunun  Lənkəran  şəhərində yerləşən hərbi hospitalında həkim, 1998- 2013 - cü illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin  Lənkəran, Zaqatala və  Sabunçu rayonlarında yerləşən hərbi hissələrində tibb məntəqəsinin rəisi və tibb xidməti rəisi vəzifələrində Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.
      
Xeyirxah,işgüzar,insanpərvərzəhmətkeş, vətənpərvər   və öz işini dərindən bilən həkim Təranə xanım öz ixtisası üzrə 2014- 2016 - cı illərdə Azərbaycan Dövlət Neft Şirkətində həkim vəzfəsində çalışıb, 2017 - ci ildən etibarən isə   Azinko  Development  MMC - də həkim   işləyir.
     
Ömrünün gecəsini-gündüzünü məhz insaların sağlamlığının, şəfa  tapması yoluna həsir etmiş,işini çox sevən və öhtəsindən layıqınca gələn təcürbəli və qayğıkeş  həkim Təranə xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ- hüquqi aktların,  Hərbi andın , hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
      
Hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər.Sadiqliyi ilə seçilən Təranə həkim, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
     Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili işlər nazirliyi  Daxili Qoşunlarına və hərbi hissələrinə həvalə edilmiş vəzifə və tapşrıqların yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin kecirilmə yerlərində  ictimai qaydanın qorunmasındavə ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində   kütləvi iğtişaşların qarşısının alınmasında,  cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,  təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendat xidməti) zamanı hüquqi rejimin təmin edilməsində, dövlət əhmiyətli tədbirlərinin keçirilməsində,mühafizə olunan obyektlərin,inzibatı binaların və hərbi təchizat anbarların etibarlı mühafizə edilməsində,  hərbi hissəyə və ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən Təranə həkim layiqincə gəlmişdir

Təranə xanım yüksək ixtisaslı həkim olmaqla yanaşı, həm də gözəl insandır.O böyük kollektiv arasında həmişə hörmət sahibi olub.
     
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkur elan edilib, əlaçı   və yubiley döş nişanları ilə  təltif edilib.
      Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin  10 illiyi ( 1991 -2001)” yubiley  medalı ilə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  ( 1918 -2008)” yubiley   medalı ilə;

3."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin ( 1918- 2013)” 95 illiyi yubiley medalı ilə ;

4.Qüsursuz xidmətə görə " 3 dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;


DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN TƏRANƏ HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Dərin hörmətlə və daha böyük yubileylərini görmək arzusu ilə.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages