Dünyada zehni, fiziki əməklə bağli, bəhrə gətirən bütün peşələr şərəflidir.Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahı qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar məhz bu, peşə sahiblərinin əllərinin şəfasında ilahın qüvvət və qüdrətini görürlər.
Belə hörmət və sayğıya layiq olan, öz yüksək peşəkarlığı, humanistliyi ilə, işgüzarlığı,vətənpərvərliyi, qayğıkeşliyi, səmərəli fəaliyyəti,insapərvərliyi sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, təşkilatçılıq bacarığı,xeyirxahlığı,iradı və mənəvi keyfiyyətləri seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çoxunu hərbi xidmətdə keçirmiş, 9 ildən çoxunu isə Daxili Qoşunların hərbi hospitalında mülki diş həkim vəzifəsində çalışan, ali dərəcəli peşəkar həkim- istefada olan tibb xidməti mayoru Əliyev Şahin İdris oğludur. Sentyabr ayının 30-da onun dünyaya göz acdığı gündür.
Belə bir ələmdar gün münasibətilə təcürbəli həkim- istefada olan tibb xidməti mayoru Əliyev Şahin İdris oğlunu doğum günü munasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri),doğmaları,əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Şahin həkim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Öz peşəsinin ustadı olan, müqəddəs həkimlik adını daimi uca tutan diş həkimi tibb xidməti mayoru Əliyev Şahin İdris oğlu 30 sentyabr 1971-ci ildə Zəngilan rayonun Mincivan qəsəbəsində peşəkar və qayğıkeş bir həkim ailəsində anadan olub.
1988-ci ildə Zəngilan rayonun Mincivan qəsəbə orta məktəbini, 1993-cü ildə isə Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakultəsini bitirib.
1993-2014-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonunda yerləşən hərbi hissələrdə (hərbi hospitalda) stomatoloji kabinetin rəisi vəzifəsində xidmət edmişdir.
2015 -cı ildən etibarən ehtiyatda olan tibb xidməti mayoru Əliyev Şahin İdris oğlu Daxili Qoşunların hərbi hospitalında diş həkimi üzrə peşə fəaliyyətini davam etdirir.
Tibb xidməti Əliyev Şahin İdris oğlu Qoşunlarda xidmət etdiyi və işlədiyi illər ərzində, xarici ölkələrdə və ölkə daxilində dəfələrlə həkimlərin ixtisasaartırma kurslarinda,tibbi simpozium və seminarlarda olmuş, Daxili Qoşunların Bas İdarəsində və hərbi hisələrində keçirlən metodiki -təlim toplanışlarda,xüsusi- taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak etmişdir.
Şahin həkim Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,inzibatı binaların, hərbi təchizat anbarların və hərbi bazaların mühafizə olunmasında, şəhərdə,yaşayış mətəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başq fövqaladə hallar (fövqaladə vəziyyət və komendant saatı) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Tibb xidməti mayoru Şahin İdris oğlu Əliyev qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş bir hərbi həkimdir. O,istər təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir cox hərbi qulluqçulara daimi şəxsi nümünə olaraq, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Şahin həkim, Daxılı Qoşunların Baş idarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissələrdə (hərbi hospitalda) xidmət ediyi illər ərzində ona, həvala edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, hər bir hərbi qulluqçunun sağlamlığnın keşiyində əzimlə dayanmışdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hospita rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox ox fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Şahin həkim Azərbaycan Respublikası Prezıdenti adından Daxili İşlər Nazirin müvafiq əmrləri ilə aşağıdakımedallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə " 1-ci rəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvil ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə”
2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 -təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbayca Respubilkasının Silahlı Qüvvələrin 10-iliyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının 90-illiyi (1918-2008)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkasının 95-iliyi (1918-2013)” yubiley medalı ilə.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəst -xətti olan, yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Şahin həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ŞAHİN HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN.ş!
BÜTTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ..
Hiç yorum yok:
Yorum Gönder