Təbrik:Polkovnik leytenat Səfixan Bayramov- 59



    
  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  Baş  İdarəsində, Daxil   Qoşunların hərbi məktəbində və hərbi hissələrində müxtəlif vəzifələrdə  Vətənə və Xalqa sədaqətlə xidmət etmiş, peşəkarlığı, dərin zəkası, gözəl  nitq qabiliyyəti, səmimiyyəti, yüksək intellektual  səviyyəsi, iradi və mənəvi keyfiyyətləri ilə ceçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istifadə olan polkovnik leytenant  Bayramov Səfixan Cəfər oğlunun sentyabr ayının  23 -də   59 yaşı tamam olur.

    Daimi  həyatın bütün imtahanlardan alını açıq və üzüağ çıxan Azərbaycan Respublikasının  müharibə veteranı - istefada olan polkovnik - leytenat Səfixan Bayramovu 23 sentyabr doğum günü münasibətilə Daxili İşlər  Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları, dostları  iş  və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyata insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı arzu edib deyirlər, Səfixan müəllim qoy yaşınızın üstə gələn  bu yaşda sizə  sevinc dolu illər  bəxş etsin,hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
  Polkovnik - leytenat  Bayramov Səfixan Cəfər  oğlu 1965 - ci ilin sentyabr ayının 23 - də  Azərbaycan Respublikasının  Tovuz rayonunda zəhmətkeş bir ailədə anadan olub.
      
   Səfixan Cəfər oğlu Bayramov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kursant olduğu  və xidmət etdiyi  illər ərzində Daxili Qoşunların Baş İdarəsində,  və hərbi hissələrdə  keçirlən bir çox   təlim- metodiki toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə,   seminar və konfranslarda fəal iştirak edib.
     
  Bayramov Səfixan Cəfər oğlu Din-in  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə  olmuşdur.

   Polkovnik  leytenant Səfixan Bayramov Azərbaycanım ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.

   Hərbi, tələbə və döyüşcü yoldaşları  Səfixan Bayramovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
  
   Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  Səfixan Bayramov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət  və şərəf hissi ilə yerinə yetirmişdir. 

   
    
   Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi  məktəb rəisinin, hərbi hissə komandirinin,müvafiq əmrləri ilə polkovnik leytenat  Səfixan Bayramov bir sıra medallarla, əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

  SƏFİXAN  MÜƏLLİM DOĞUM GÜNÜN MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages