Daxili işlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,peşəkarlığı,işgüzarlığı,sadəliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirən hörmətli veteranmız -istefada olan polkovnik- leytenat Qurbanov Ələkbər Kazım oğlunun sentyabr ayının 5 -də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Ələkbər Kazım oğlu Qurbanovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyata və istefada olan zabitləri,doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ələkbər müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
polkovnik leytenant - Qurbanov Ələkbər Kazım oğlu 1958 -ci ilin sentyabr ayının 5-də Naxçıvan Muxtar Respublikasınım Culfa rayonunun Camaldin kəndində zəhmətkeş bir ailədə anadan olub.
1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd orta məktəbi, 1982-ci ildə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunların Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən 60 illiyi LKCİ-nin adına ali hərbi- siyası məktəbi,1991 -ci ildə isə Kurqan Vilayətinin Sverdlovski şəhərində pedoqoji İnstitunun qiyabi fakultəsini bitirib.
1976-1978 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sverdlovski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1978 - 1991-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarıını Sverdlovsk şəhərində yerləşən konvoy - mühafizə alayında bölüyün baş cavuşu və taqım komandiri ,1991 ci ilin dekabr ayından-1993-cü ilin mart ayinin 13 - nə kimi Naxçıvanın Müdafiə Komitəsində tabor komandiri, əməliyyat şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının sərhədində yerləşən soyuq zastavasının rəisi vəzifəsində xidmət edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Qurbanov Ələkbər Kazım oğlu 1993 -cü ilin mart ayından- 1999 -ci ilin dekabr ayına kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Əlibayramlı, Lənkəran, Naxçıvan şəhərlərində, Hacıqabul, Nərimanov və Füzuli rayonunlarında yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin birinci müavini, hərbi hissənin qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə əməliyyat şöbəsinin rəisi müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə. xidmət edib.
2000 -2008- ci illərdə Suraxanı rayonunun orta məktəblərinin birində müəllim, 2009 - 2014- ci illərdə isə Heydər Əliyev Adına Beynəlxalq Aeroportun Təhlükəsizlik İdarəsində xidmət rəisi işləyib.
Ələkbər Qurbanov öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və xüsusi tapşırıqlarn yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, islah-əmək müəsissələrin, hərbi təchizat anbarların,xüsusi yüklərin və inzibatı binaların mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin axtarışında və tutulmasında,şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qarunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində ba iğtişaşların qarşlsının alınmasında,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə (hərbi vəziyyət və komendat xidməti) zamanı hüquqi rejimin təmin edilməsində eləcə də Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düsən vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Qurbanov Ələkbər Kazım oğlu hərbi hissə komandirinin müavini və hərbi hissə komandiri vəzifəsində xidmət etdiyi illər ərzində bölmələrdə kecirlən təftiş, yekun yoxlama komissiyanın, məqsədli və kompleks, qurupun sədri və rəhbəri olduğu müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.
Öz xidməti,ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik leytenant Ələkbər Qurbanov SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onların müavinlərinin,təhsil aldığı və ışlədiyi təhsil müəssisə rəhbərlərinin, diviziya və hərbi hissə komandirlərinin və onların müavinilərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley nişanları ilə təltif olunub, bir çox fərmanlarla, ( pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”SSRİ Silahlı Qüvvələrinin yaranmasının 60 illiyi (1918-1978)” yubiley medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xudmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə- 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ılə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ƏLƏKBƏR MÜLLİM!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ÖMRÜN UZUN OLSUN 100YAŞA.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder