Təbrik:Polkovnik leytenat Arif Məmmədov- 56


   


  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  Gəncə şəhərində, Ağdam,Ağdərə, Füzuli, Xətai, Binəqədi,Nərmanov  və Xəzər rayonlarında  yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkar baş  zabit istifadə olan polkovnik leytenant Məmmədov Arif İsmayıl oğlunun sentyabr ayının  23 -də dünyaya göz acdığı gündür.

     Azərbaycan Respublikasının  müharibə veteranı - istefada olan polkovnik - leytenat Arif Məmmədovu  23 sentyabr doğum günü münasibətilə Daxili İşlər  Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları, dostları  iş  və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyata insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı arzu edib deyirlər, Arif müəllim qoy yaşınızın üstə gələn  bu yaşda sizə  sevinc dolu illər  bəxş etsin,hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
    
 Polkovnik - leytenat Məmmədov Arif İsmayıl oğlu 1968 - ci ilin sentyabr ayının 23 - də  Azərbaycan Respublikası Gəncə şəhərində  zəhmətkeş bir ailədə anadan olub.
      
1985-ci ildə Gəncə şəhərində orta məktəbi, 1989-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin  Daxili  Qoşunlarının Vladikavkaz  (əvvələr Ordzhonikidze) Ali Hərbi Komandirlər məktəbini  bitirib.



   Arif  İsmayıl oğlu Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kursant olduğu  və xidmət etdiyi  illər ərzində Daxili Qoşunların Baş İdarəsində,  və hərbi hissələrdə  keçirlən bir çox   təlim- metodiki toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə,nümnəvi -göstərici məşğələlərdə,   seminar və konfranslarda fəal iştirak edib.
     
  Polkovnik leytenant Məmmədov Arif İsmayıl oğlu   1989-1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin birində  taqım komandiri vəzifəsində olub.1992-2006 - cü illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Ağdam, Ağdərə, Füzuli, Xətai , Binəqədi , Nərimanov və Xəzər  rayonunlarda yerləşən hərbi hissələrində  taqım  komandiri, bölük komandiri, döyüş hazırlığı bölməsində zabit, döyüş hazırlığı bölməsinin rəisi, taborun qərargah rəisi, tabor komandiri, baş  müəllim vəzifələrində  xidmət edib.
   
  Arif İsmayıl oğlu Məmmədov  Din-in  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə  olmuşdur.

 Azərbaycanım ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbayca   Respuiıkasının
    
  Hərbi və tələbə yoldaşları  Arif Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
  
   Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 

   
    
   Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, briqada və alay  komandirinin,müvafiq əmrləri ilə polkovnik leytenat Arif  Məmmədov əlacı  və yubiley döş nişanları ilə  təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

  Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai  vəzifələrini eləcə də hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1." SSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918- 2006)" yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 -illiyi (1911 - 2001)” yubiley   medalı ilə;
 
3.”Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

 4."Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5."Qüsursuz  xidmətə görə " 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.





ARİF DOĞUM GÜNÜN MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev






Hiç yorum yok:

Yorum Gönder

Pages