Təbrik:Polkovnik leytenant Zeydulla Mustafayev - 62



Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarının və Dövlət Sərhəd Ximətinin həyatında öz dəst -xətti  və xüsusi xidmətləri  olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin üzvü- istefada olan polkovnik  leytenat Zeydulla Mustafayevin  sentyabr ayının  11 -də dünyaya göz açdığı gündür. 

 Daimi həyatın imtahanlarından alını açıq və üzü ağçıxan - istefada olan polkovnik-leytenat Zeydulla Mustafayevi belə bir əlamətdar gün münasibəti ilə Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər,Qubatlı isə rayon   şöbələrinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zeydulla qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 
      
 Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin üzvü-  istefada olan polkovnik leytenant  Mustafayev Zeydulla Mobil oğlu 11sentyabr 1962-ci ildə  Quba rayonunun  Afurca kəndində zəhmətkeş  bir ailədə  anadan olub.
   
1979 -cu ildə Quba rayonunun Afurca kənd tam orta məktəbini,1984-cü ildə SSRİ Müdafiə Nazirliyinin Sankt -Peterburq (keçmiş Leninqrad) şəhərində yerləşən Majayski adına ali hərbi mühəndislər məktəbini bitirib.

 polkovnik- leytenant Zeydulla Mustafayev  1984 - 1991 ci illərdə Sovet ordusunun Kareliya Respublikasının Petrozovodski şəhərində  və Krım Muxtar Respublikasında yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissələrin birində  taqım komandiri,  böluk komandiri vəzifəsində olmuşdur.

 1992 -ci ilin yanvar ayından  1996- ci ilin yanvar ayına kimi Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tərbiyə (mənəvi pisxoloji hazırlıq) şöbəsində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin qərargahında   təşkilat- komplekləşdirilmə şöbəsinin rəisi və  hərbi hissə komandiri vəzifələrində xidmət etmişdir.
 
1996- cı  ilin fevral ayından - 2004 -cü ilin dekabr ayının sonadək  Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasında  və  Lənkaran  şəhərində yerləşən  Sərhəd Dəstələrində  hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Dövlət Sərhəd Xidmətinin Baş idarəsində isə tərbiyə (mənəvi -pisxoloju hazırlığ) şöbəsinin rəisi vəzifəsində xidmət edib.
  
   Mustafayev Zeydulla Mobıl oğlu peşəkarlığı,dərin zəkası,sadəliyi, humanistliyi,səmimiyyəti, dəqiqliyi, təmkinliyi,xeyirxahlığı,vətənpərvərliyi,işgüzarlığı, səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri  ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən çox  şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək, Vətənə və Xalqa sədqətlə xidmət etmişdir.
     
Zeydulla Mustafayev öz tabeliyində  olanlara Azərbaycanın Respublikasınln Konstitusiyasına və  qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi, daxili qoşunların döyüş xidməti (sərhəd qoşunların döyüş xidməti)  nizamnamələrin tələblərinin, əmr və sərancamların  dəqiq və sözsüz  yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
      
Polkovnik leytenant Müstafayev Zeydulla Mobıl oğlu öğlu Daxili İşlər Nazirliyinin Daxili  Qoşunlarında  müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.Müharibə Veteranıdır.
 
 O,Qanunvericilik  müəyyən edilmiş  qayda mühüm dövlət obyektlərin,xüsusi yüklərin,maddi-texniki hərbi təchizat  anbarların,hərbi bazaların və Dövlət Sərhədinin mühafizə edilməsində, şəhərlərdə, yaşayış məntəqələrində,kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, mütəşəkkil  cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,mühafizə olunan  əraziyə  soxulmuş şəxslərin axtarışında, tutulmasında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və fövqəladə hallar (hərbi vəziyyət  və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,şəxslərin və nəqliyyat  vasitələrin qanunsuz üsullarla Dövlət sərhədinin kecməsinin qarşısının alınmasında,qadağan oluna bilən əşyaların, materialların, avadanlıqların,partlayıcı maddələrin,qurğuların, narkotik və digər vasitələrin Azərbaycan Respubilkasına gətirilməsi və Azərbaycan  Respubilkasından aparılmasının qarşısının alınmasında üzərinə düsən vəzifə və tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir.
   
 Mustafayev Zeydulla Mobıl oğlu  öz xidməti və ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, döyüş hazırlığındakı,döyüş təlimindəki və döyüş  xidmətindəki əla göstəricilərə görə  SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili işlər nazirinin,Azərbaycanın milli  təhlükəsizlik nazirinin,  Dövlət Sərhəd xidməti rəisinin və onun müavinlərinin,Daxili Qoşunlar komandanı və onun müavinlərinin,ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və.Qeyri hökmət təşkilat sədrlərinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlaçı  və yubiley (idman dərəcəsi) döş nişanları ilə təltif edilib, bir çox fərmanlarla (pul mükafatları ilə), qiymətli hədiyyələrlə mükafatlandırlıb ona  təşəkkur elan edilib və aşağıdakı  medallarla təltif olunub:

1.”Azərbaycan   Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,

5.”Böyük Zəfər” medali ilə;

6.”Müharibə Veteranı” medalı ilə;

7.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  25 illiyi yubiley (1994-2019)” medalı ilə;

8.”Azərbaycan Milli  Ordusunun  100 illiyi (1918-2018) yubiley  medalı ilə.    

     
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZEYDULLA!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIGINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ" DEYƏRSƏN...BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

 Azərbaycan  Respubilkasının Silahll Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages