Təbrik:Polkovnik leytenant Fuad Həbibov-52



  
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, dərin zəkası,insanpərvərliyi, gözəl nitq qabiliyyəti,xeyirxahlığı,iradi,mənəvi keyfiyyəti, səmərəli fəaliyyəti ilə seçilən- ehtiyatda olan polkovnik leytenant Həbibov Fuad Rafiq oğlunu sentyabr ayının 9-da  dünyaya göz acdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq  və üzüağ çıxan  Fuad Həbibovu  belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Fuad qoy yaşının üstə gələn bu yaş  da sənə  sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin. 
    
Həbibov Fuad Rafiq oğlu   1972 - cı ilin sentyabr  ayının 9-da Bakı şəhərində  zəhmətkeş bir  ailədə anadan olub.

1989-cu ildə Bakı şəhərində orta məktəbi, 1993 - ci ildə isə  Baki Dövlət Üniversitetini bitrib.
 
1993 -  2015- ci   illərdə  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə aticı, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində zabit, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində planlaşdırma və  metodiki vəsaitlərin hazırlanması bölməsinin baş zabiti, Daxili Qoşunların Baş İdarəsinin  qərargahında  qoşun xidməti bölməsinin zabiti, döyüş hazırlığı şöbəsinin   baş zabiti  vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.O,Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2023 ilə kimi Müdafiə Nazirliyinin  Hərbi polis idarəsinin  qoşun  xidmətində işləyib.
 
 Polkovnik- -leytenat Fuad Həbibov Azərbaycan Respublikasıını Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş döyüş xidməti nizamnamələrin, döyüş hazırlığı  və qoşun xidməti üzrə
əsanamələrin, təlimatların, direktivlərin  tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində   bir çox hərbi qulluqçulara daimi şəxsi nümunə olmuşdur.
   
 Fuad Vaqif oğlu Həbibov  yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı,vətənpərvərliyi,yüksək intellektual səviyyəsi, davranışı, sadəliyi,  səmimiyyəti,dəqiqliyi, təmkinliyi,böyüklərə ehtiram və hörməti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28  illdən cox şərəfli xidmət yolunun 21 (iyrimi bir) illdən çoxnu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə keçirib, 7(yeddi) ilini isə Müdafiə Nazirliyin Hərbi Polis İdarəsinin qoşun xidmətində  müqavilə əsasında keçirib.
 Qanunvericliklə müəyyən edilmiş qaydada Din-in  Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşrıqların  yerinə yetirilməsində, cinayətgarlığa qarşı mübarizədə,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai əsayişin qorunmasında,yaşayış məntəqələrində  və islah-əmək  müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,hərbi obyektlərin (şəhərciklərin), hərbi  təchizat anbarların və xüsusi yüklərin mühafizəsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi  rejimin təmin  edilməsində üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
      
Fuad Həbibov 1994-1999 -cu illərdə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində müxtəlif vəzifələrdə  xidmət etdiyi illər ərzində bilavasitə İdarə rəisinin rəhbərliyi sahəsində  müasir tələblərə uyğun  bütün hərbi qulluqcların  tutduğu vəzifəyə uyğun  komandir, döyüş və ictimai- sıyası hazırlığ üzrə, qoşun xidməti üzrə, təlim və tədris mərkəzləri üzrə, idman və fiziki hazırlığ üzrə hüquq- normativ aktların, təlimatların, direktivlərin, nizamnamələrin,tədris proqramlarının  dərs cədvələrin, planlaşdırıcı sənədlərin,müvafiq sxemlərin və digər  sənədlərin və metodiki vəsaitlərin hazırlanmasında   böyük rolu və zəhməti olmuşdur.

Fuad  Həsənov  2000-2015-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Qoşun xidməti bölməsində və döyüş  hazırlığı  şöbəsində  zabit və baş zabit vəzifərində xidmət   etdiyi  illər ərzində üzərinə düşən vəzifə və tapşırıqları layıqıncə yerinə  yetirmişdir.
     
Polkovnik-leytenat Fuad Həbibov Daxili  Qoşunlarda xidmət  etdiyi  illər ərzində özünü  uşaq vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan bir  hərbçi kimi göstərmişdir. O, istər yaşadığı ərazidə, istər xidmət etdiyi kollektivdə həmişə müsbət mənada seçilərək, başqalarına nümunə olaraq Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
 
Vaqif oğlu Fuad Həbibov Daxili Qoşunların Bas  İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində  öz xidməti və ictimai  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Daxili Qoşunların Baş İdarəsini döyüş hazırlığı idarə rəisinin və Daxili Qoşunların Qərargah rəisinin müavinin,Müdafiə Nazirliyinin  hərbi polis idarə rəisinin müvafiq əmrləri ilə əlacı,  və yubiley döş nisanları ilə təltif olunub, bir çox  fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
  Öz xidməti  vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə, döyüş hazırlığındakı əla göstəricilərə və hərbi xidmət keçdiyi dövrdə digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirn müvafiq əmrləri ilə  aşağısdakı medallarla təltif olunub:

1.”Hərbi fərqlənməyə görə” 3 dərəcəli medala;

2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi (1991-2001)” yubiley medalı ilə;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   90 illiyi (1918-2008)”yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə, 

5.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

6.”Qusursuz xidmətə görə” 2 -ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 
7.”Qususuz xidmətə görə”  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
FUAD !

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

 Azərbaycan  Respubilkasının  Silahlı  Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages