Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının bir çox zabitlərinin, ehtiyatda və istefada olan hərbi vəzifəlilərinin dərin hörmətini qazanmış, peşəkar zabit, xeyirxah insan, müharibə veteranı- ehtiyatda olan polkovnik Elman Məhərovun sentyabr ayının 17-də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Elman müəllimi belə bir əlamətdar gün münasibətilə Daxili işlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elman müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
polkovnik Məhərov Elman Vilayət oğlu 17 sentyabr 1966-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. Atası Vilayət Məhərov Müdafiə Nazirliyinin Binəqədi rayonun Biləcəri qəsəbəsində yerləşən Respublika Hərbi Xidmətə cagırış üzrə hərbi həkim komissiyasının sədri vəzifəsində xidmət etmişdir .
Elman Vilayət oğlu Məhərov 1973- cü ildə Bakı şəhərində bir nömrəli Dəmir yolu məktəbin birinci sinfinə getmiş, 1984-cü ildə həmin məktəbi bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin Ulyanovsk Vilayətində yerləşən arxa cəbhə ximələri üzrə ali hərbi məktəbə daxil olmuş 1988-ci ildə isə həmin məktəbi bitirmişdir.
1988-1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Sakit okeanın adasında yerləşən hərbi dəniz donanma qüvvələrin hərbi hissələrinin birində yanacaq- sürtkü materialları xidmətinin rəisi vəzifəsində olmuş,1992-2008-ci illərdə isə Azərbaycan Respublikasının Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin yanacaq- sürtkü materialları xidmətinin ilk rəisi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunun yanacaq- sürtkü materialları xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin birində isə hərbi hissə komandirinin müavinini vəzifəsində Vətənə və Xalqa sədaqətlə. xidmət etmişdir. O,Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Bakı şəhərində bayraq meydanın rəis müavini vəzifəsində işləmişdir.
. Qanunverciliklə müəyyən olunmuş qaydada Din -in Daxili Qoşunlarına, Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının Dövlət Sərhət Xidmətinə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,Azərbaycan Respublikasında şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa mübarizədə, qanusuz silahlı dəstələrin zərərləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətıər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında dövlətin ərazi bütövlüyün təmin edilməsində polkovnik Elman Vilayət oğlu Məhərov üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir
. Öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların, (dövlət sərhəd xidmətinin) döyüş xidməti) nizamnamələrin, əmr və əsasnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
İşgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçlik qabiliyyəti nəzərə salınaraq, Elman Məhərov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinində yanacaq- sürtkü materialları xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsini nəzərə alaraq, yanacaq-sürrki materialları xidməti üzrə normativ- hüquqi bazanın yaradılmasında fəlal iştirak etmişdir.
Polkovnik Elman Məhərov peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti,iş təcürbəsi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, vətənpərvərliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
O, Daxili Qoşunların Baş İdarəsinin yanacaq sürtkü- materialları xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində, hərbi hissə və əlahiddə bölmələrdə keçirilən təftiş, yekun, kompleks və məqsədli qrupların tərkibində olarkən,öz səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanlıgnin diqqət mərkəzində olmuşdur.
Daxili Qoşunların Bas İdarəsinində hər tədris ilində komandir hazırlığı üzrə keçirilən yekun və ümümü yoxlama imtahanlarında «əla» qiymətlər aldıgına görə Daxili Qoşunlar Komandanı və onun müavinləri tərəfindən həvəsləndirmə qaydasında mükafatlandırılmışdır.
Elman Məhərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissəyə həvalə olunmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Müdafiə Nazirnin,Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Sərhəd Qoşunlar Komandanı və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yuiley nisanları ilə təltif olunub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.” SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-200)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə”
6.” Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLIN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARLNININ REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ.
AzərbaycanRespubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder